Loading...
Loading...
SEÇMƏ

Ukrayna ordusunun Kupyansk şəhərini azad etdiyi bildirilir

Yayımlandı: 10 Sentyabr 2022 16:10

Hərbi ekspert: “Rusiya qoşunlarının İzyum qrupunun maddi-texniki təminatı tamamilə kəsiləcək”

Ukrayna xüsusi təyinatlılarının Xarkov vilayətinin Kupyansk şəhərini azad etdiyi bildirilir.

Bu barədə sentyabrın 10-da Ukrayna Xüsusi Təyinatlıları “Telegram” kanalında məlumat yayıb.

“Biz torpaqlarımızı son santimetrinə qədər azad edəcəyik! İrəliləyəcəyik!”, – deyə mesajda deyilir.

Sentyabrın 9-da Ukrayna Prezident Volodimir Zelenski Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad etdiyini bildirib.

Hərbi ekspert Oleq Jdanovun sözlərinə görə, Kupyansk şəhərinin işğalçılardan azad edilməsi Rusiya qoşunlarının İzyum qrupunun maddi-texniki təminatını tamamilə kəsəcək.

Kupyansk şəhəri fevralın 27-də Rusiya ordusu tərəfindən işğal olunmuşdu.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Əsgər Ağazadəyə yenə hökm oxunmadı, prosesə yeni vəkil qoşuldu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button