2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna ordusunun Soledardan çıxdığı xəbər verilir

Ukrayna Silahlı Qüvvələri “lüzumsuz itkilərə yol verməmək üçün” Donetsk vilayətindəki Soledar şəhərindən geri çəkilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələri, Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatı verib.

Çerevatının sözlərinə görə, Soledardakı cəbhə xətti düzlənib və beləliklə də Ukrayna əsgərlərinin mühasirəyə alınmaq və ya əsir düşmək təhlükəsi aradan qalxıb:

“Əvvəlcədən hazırlanmış müdafiə xətti boyunca yerləşmişik. Əsas tapşırığı yerinə yetirmişik: düşmənin Donetsk istiqamətində sistemli şəkildə cəbhəni yarmasına və mövqelərimizin arxa tərəfinə keçməsinə və daha sonra əməliyyat məkanında yerləşməsinə yol verilməyib. Düşmənin maksimum canlı qüvvə itirməsinə, qüvvəsini tükəndirməsinə nail olmuşuq”.

Geriçəkilmənin səbəblərini izah edərkən Çerevatı deyib:

“Biz düşmənimiz kimi hərəkət edərək döyüşçülərimizi birbaşa ölümün ağzına ata bilmərik. Manevr etməyə, atəşlə susdurmağa, kiçik qruplar taktikasını tətbiq etməyə və düşməni maksimim yormağa çalışırıq”.

Çerevatı habelə deyib ki, düşmən Kiyev yaxınlığında, Xarkov əməliyyatında, Liman və Xersondakı uğursuzluqlarını kiçik Soledar şəhərini tutmaqla ört-basdır etmək istəyir.

Strateji uğur olmasa da

Rusiyanın Müdafiə Nazirliyi Soledarın ələ keçirilməsi barədə xəbəri hələ yanvarın 13-də yaymışdı.

O vaxt nazirliyin rəsmi xəbərində deyilirdi:

“Bu istiqamətdə aparılan hücum əməliyyatı Ukrayna silahlı qüvvələrinin darmadağın edilməsi və Soledar şəhərinin ələ keçirilməsi ilə başa çatıb. Bu əməliyyat Rusiya qoşunlarının müxtəlif qruplaşmaları tərəfindən, lakin vahid hərəkət planı ilə keçirlib. Soledarın şəhər məhəllələrinə hücumlara gəlincə isə, bu döyüş tapşırığı Vaqner özəl hərbi şirkəti könüllülərinin mərd və fədakar hərəkətləri ilə yerinə yetirilib”.

Lakin Çerevatı bildirir ki, Rusiya qoşunları Soledarın ələ keçirilməsi əməliyyatlarında iki Çeçenistan müharibəsində verdiyi itkilər qədər itki verib.

Beləliklə Soledar ötən yay ələ keçirilmiş Lisiçansk şəhərindən sonra Rusiya qüvvələrinin nəzarəti ələ ala bildiyi ilk az-çox böyük şəhər olub.

Bir çox hərbi ekspertlər deyirlər ki, Soledar özlüyündə strateji əhəmiyyətə malik olmasa da, Rusiya qoşunlarının qonşu Baxmut şəhərinə hücumunu asanlaşdıra bilər.

Amma qeyd olunur ki, bu epizodda Ukrayna cəbhəsinin yarılması barədə iddia yürütmək olmaz, çünki Slavyansk və Kramatorsk şəhərlərindən şərqdə Ukraynanın daha bir güclü müdafiə xətti var.

24 saat” “
Ukrayna ordusunun Soledardan çıxdığı xəbər verilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button