Loading...
Loading...
Dünya

Ukrayna ötən gecə Xarkovun bombalandığını deyir

Ötən gün Ukraynanın mərkəzindəki Vinnitsa şəhərinin atəşə tutulması nəticəsində azı 39 nəfər itkin düşüb

Ukrayna hakimiyyəti Rusiya qüvvələrinin iyulun 14-dən 15-nə keçən gecə şimal-qərbdə yerləşən Xarkov regionunu bombaladığını bildirir. Dünən tarixi Vinnitsa şəhərində bombalanmış yaşayış binasında isə xilasetmə işləri davam edir.

Böyük İyirmiliyin (G20) maliyyə liderləri Balidə bir araya gəlir. İndoneziya Rusiyanın Ukraynada apardığı səbəbsiz müharibənin humanitar nəticələrini aradan qaldırmağı hədəfləyən toplantıya ev sahibliyi edir.

“Cəbhə şəhəri”

Xarkov vilayətinin və region mərkəzinin ötən gecə saat 3-də raketlərlə vurulduğu bildirilir. Ukrayna Dövlət Fövqəladə Vəziyyətlər Xidmətinin məlumatına görə, azı bir ev, eləcə də yaxınlıqdakı təhsil ocağı dağıdılıb. İtkilər haqda məlumat yoxdur

Kiyev bir neçə həftədir bildirir ki, Rusiya qüvvələri Xarkovu “cəbhə şəhəri”nə çevirmək istəyirlər. Rusiya müharibənin əvvəlində Kiyevi, Xarkovu tuta bilməyəndən sonra şərq ərazilərə fokuslanıb.

Ötən gün Ukraynanın mərkəzindəki Vinnitsa şəhərinin atəşə tutulması nəticəsində azı 39 nəfər itkin düşüb. Hakim orqanlar azı 23 nəfərin, o cümlədən üç uşağın öldürüldüyünü bildirir.

Azı 52 yaralıdan çoxunun vəziyyəti ağırdır.

Ya proqres əldə edilməlidir, ya da…

İndoneziya xəbərdarlıq edib ki, G20-nin maliyyə liderləri ya Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı qlobal iqtisadi təhdidlərin həlli yönündə proqres əldə etməlidir, ya da fəlakətli humanitar nəticələrlə üzləşəcəklər.

ABŞ-ın Maliyyə naziri Canet Yellen Rusiyanın Ukraynadakı “qəddar və ədalətsiz” müharibəsini pisləyib. O deyib ki, toplantıda iştirak edən Rusiya maliyyə rəsmiləri müharibənin “dəhşətli nəticələri” üçün məsuliyyəti paylaşırlar.

ABŞ Prezidenti Co Bayden isə iyulun 14-də İsrailə səfəri zamanı bildirib ki, “Putinin müharibəsi strateji iflasa uğradılmalıdır”.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb.

24 saat” “
Ukrayna ötən gecə Xarkovun bombalandığını deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Diasporaya Ermənistan pasportlarının verilməsi çətinləşdirilə bilər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button