2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna öz hava məkanına əsasən nəzarət edir

Gazprom şirkəti isə aprelin 27-də Bolqarıstan və Polşaya qaz təchizatını tamamilə dayandırdığını açıqlayıb. Səbəb bu ölkələrin qaz üçün rublla ödəniş etməməsidir

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna hava məkanının əsas hissəsinə nəzarəti bərpa edib, çünki Rusiya ölkənin havadan müdafiə sistemlərini sıradan çıxara bilməyib. Məlumatı Britaniya kəşfiyyatı aprelin 27-də yayıb.

“Rusiyanın Ukraynanın şimalına və qərbinə çıxışı məhduddur… Hazırda Rusiyanın havadan fəaliyyəti əsasən Ukraynanın cənubuna və şərqinə yönəlib, Rusiyanın quru qüvvələrinə dəstək verir”, – Britaniyanın Müdafiə Nazirliyi gündəlik bülletenində qeyd edib.

Moskvanın Ukraynada hərbi obyektləri və logistika infrastrukturunu da hədədə aldığı vurğulanır.

Məlumatda o da qeyd olunur ki, dinc sakinlər arasında ölüm riski böyükdür, Rusiya Ukraynanın mühasirədə olan Mariupol şəhərinə əsasən sərbəst düşən bombalar atır.

“Bu silahlar Rusiyanın hədəfi fərqləndirmək qabiliyyətini azaldır, dinc sakinlər arasında ölüm riskini yüksəldir”, – nazirlik vurğulayır.

Gazprom-un bəyanatı

Gazprom şirkəti isə aprelin 27-də Bolqarıstan və Polşaya qaz təchizatını tamamilə dayandırdığını açıqlayıb. Səbəb bu ölkələrin qaz üçün rublla ödəniş etməməsidir.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan bəri Polşa və Bolqarıstan Avropa İttifaqı ərazisində qazı kəsilən ilk ölkələrdir.

Hər iki ölkə aprelin 26-da bildirib ki, Gazprom bu gündən onları təbii qaz təchizatını dayandıracağı haqda bilgiləndirib.

Aİ Rusiyanın Ukraynaya səbəbsiz təcavüzünü pisləyib. Prezident Vladimir Putin ötən ay deyirdi ki, “qeyri-dost” xarici alıcılar qaz üçün dollar və avroyla deyil, rublla ödəniş etməli olacaqlar.

Aİ-nin bir çox üzvləri Putinin bəyanatını rədd edib, valyutanı dəyişməyi kontraktı pozmaq kimi dəyərləndirib.

Real vəziyyət necədir

Aprelin 27-də səhər, Gazprom-un açıqlamasından öncə Polşaya qaz təchizatı sıfıra düşüb, sonradan yenidən qalxıb.

Bolqarıstanın “Bulgartransgaz” operatoru isə aprelin 27-də bildirib ki, daha öncəki təhdidlərə baxmayaraq, Rusiyadan qaz təchizatı davam edir.

Aİ-nin digər üzvü Macarıstanın aprelin 27-də bildirdiyinə görə, Serbiya və Bolqarıstan ərazisindən Rusiya qazını almaqdadır.

Macarıstanın Baş naziri Viktor Orban Putinin dostudur və Rusiya qazını rublla almağa razılıq verən azsaylı ölkələrdəndir.

Avstriya da aprelin 27-də Rusiyadan qaz təchizatının məhdudlaşmadığını bildirib.

24 saat” “
Ukrayna öz hava məkanına əsasən nəzarət edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button