Now Reading:
Ukrayna prezidenti bu gün Bakıya gəlir

Ukrayna prezidenti bu gün Bakıya gəlir

Ukrayna prezidenti Pyotr Poroşenko bu gün Bakıya gəlir.

24saat.org Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenkonun təyyarəsi artıq Bakı istiqamətində uçmağa başlayıb.

Ukrayna prezidenti 2 günlük səfərində Bakıda dövlət başçısı İlham Əliyevlə görüşəcək. Səfərdə əsas məqsəd Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci iclasını keçirməkdir.

Prezidenlər Şurasının iclasında iki ölkə arasında sahələrdə əməkdaşlığın gücləndirilməsinə istiqamətlənmiş iki tərəfli sazişlərin imzalanacağı gözlənilir.

Səfərin proqramına görə, Poroşenko İlham Əliyevlə yanaşı, baş nazir Artur Rasi-zadə və Milli məclsiin sədri Oqtay Əsədovla da görüşəcək.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.