Dünya

Ukrayna prezidentinin baş köməkçisinin avtomobili atəşə tutulub

Loading...

Polis çərşənbə günü silahlı şəxslərin Ukrayna prezidenti Volodimir Zelenskinin baş köməkçisinin olduğu avtomobili atəşə tutduğunu bildirib.

BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu Yorka səfər edən Zelenski video-açıqlamasında prezident müşaviri Serhiy Şefirə edilən sui-qəsdə görə “qəti cavab” veriləcəyini deyib.

Məmur hücumun Zelenski üçün nəzərdə tutulan bir mesaj ola biləcəyini desə də, prezidentin digər müşaviri Mixaylo Podolyak bunun oliqarxların təsirini məhdudlaşdırmaq cəhdinə cavab olduğunu deyib.

Zelenski ölkənin oliqarxlar və korrupsiya ilə mübarizə aparmağa söz verdikdən sonra prezident seçilib.

Ukrayna Prezident Volodymir Zelenski və Serhiy Şefir

“Bu, komandamla birlikdə dəyişikliklərlə bağlı seçdiyimiz yola -iqtisadiyyatımıza kölgə salınmaması, cinayətkarlarla, böyük və nüfuzlu maliyyə qrupları ilə mübarizəmizə təsir etmir” – deyə, Zelenski bildirib.

Bir prokuror maşına 18 dəfə atəş açıldığını, sürücünün yaralandığını, lakin Şefirin sağ qaldığını deyib.

Şefir polis və daxili işlər naziri Denis Monastırski ilə birgə keçirdiyi mətbuat konfransında “Hücuma səbəb ola biləcək heç bir iş görməmişəm. Düşünürəm ki, bu, qorxutmaq üçün edilib. Fikrimcə bu, prezidenti qorxutmayacaq” deyib.

Polis heç kəsin həbs edilmədiyini, lakin qəsdən adam öldürmə şübhəsi ilə cinayət işinə başlandığını bildirib.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button