2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna ‘Putinin kirvəsi’nin arvadına aid sərvətə həbs qoydu

Ukraynada məhkəmə keçmiş televiziya aparıcısı, rusiyayönlü siyasətçi Viktor Medvedçukun arvadı Oksana Marçenkonun aktivlərini həbs edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Ukraynanın təhlükəsizlik xidməti – SBU xəbər verib.

Xəbərdə deyilir ki, həbs olunmuş aktivlərin ümumi dəyəri 440 milyon hrivnyadır (11.9 milyon dollar).

SBU-nun verdiyi məlumata görə bu aktivlərin 6.8 faizi Zaporojyedəki A.M.Kuzmin adına Днепроспецсталь elektrometallurgiya zavodunun səhmləridir.

Marçenko bu aktivlərə sahibliyini üç ofşor şirkəti vasitəsilə həyata keçirib.

SBU bildirir ki, bu aktivlərin həbs olunması onların gələcəkdə başqa saxta adla təkrar qeydiyyatının qarşısının alınmasına və vəsaitin Ukrayna dövlətinin büdcəsinə keçirilməsinə xidmət edəcək.

Bu ilin fevralında məhkəmə Marçenkonun ümumi dəyəri 5.6 milyard hrivnyadan (152,4 milyon dollar) çox olan aktivlərini həbs edib.

Həbs olunan səhm paketinin 14 faizi Marçenkonun 5 ofşor şirkəti tərəfindən idarə olunub.

Məhkəmə habelə Kiyev və Krımdakı iki torpaq sahəsinə, dörd evə və 10 avtomobilə həbs qoyub.

Bundan başqa 18-dək aqrosənaye, investisiya, telekommunikasiya və başqa müəssisələrdə Marçenkoya aid aktivlər həbs edilib.

Bunların arasında Kiyevdəki “Terra-Invest”, Ukrkapital və Sport-tur şirkətləri də var.

İstintaqın versiyasına görə Medvedçukun arvadı bu şirkətlərdən Ukraynaya qarşı təxribatçı fəaliyyətlər üçün istifadə edib.

Marçenko konstitiya quruluşunun devrilməsinə və dövlət hakimiyyətinin zorakılıqla qəsb olunmasına, Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsinə yönəlik fəaliyyətləri maliyyələşdirməkdə şübhəli bilinir.

İqor Medvedçuk Ukraynada müharibə başlanandan sonra qadağan edilmiş “Müxalifətçi platforma – Həyat uğrunda” partiyasının liderlərindən biridir.

Medvedçuk Rusiya prezidenti Vladimir Putinə çox yaxın adamlardan hesab olunur. Putin Medvedçukun qızının xaç atasıdır.

O 2021-ci ilin mayından ev dustağı idi və onun barəsində dövlətə xəyanət ittihamı ilə cinayət işi açılmışdı.

Müharibə başlanandan üç gün sonra Medvedçukun evdən qaçdığı məlum olmuşdu. Lakin o 2022-ci ilin aprelində saxlanaraq həbs edilib.

Sentyabr ayında Kiyev onu Rusiyadakı Ukrayna hərbi əsirlərinə dəyişib.

24 saat” “
Ukrayna ‘Putinin kirvəsi’nin arvadına aid sərvətə həbs qoydu
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button