2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ukrayna rəsmiləri: Rusiya yaşayış məntəqələrini atəşə tutmaqda davam edib

Sutka ərzində Rusiya Ukraynanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Bu barədə Ukrayna tərəfi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumtda bildirilir ki, Donetsk vilayətinin Baxmut şəhərinin atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, daha 12 nəfər yaralanıb. İtkilər barədə məlumatı vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko verib.

BBC-nin məlumatına görə, Rusiya hərbçiləri şəhər istiqamətində irəliləməyə uğursuz cəhdlər etməkdədirlər.

Özünü “Donetsk Xalq Respublikası” elan edən ərazidəki separatçılar da atəş açılması nəticəsində 8 nəfər yaralandığını bildirir. Onların iddiasına görə, şənbə günü səhər Ukrayna tərəfi Donetskin Voroşilovski rayonunu atəşə tutub.

Özünü “Luqansk Xalq Respublikası” adlandıran yerli separatçı hakimiyyət Ukrayna hərbçiləri tərəfindən Staxanov şəhərinə HIMARS reaktiv yaylım atəşi sistemlərindən on raket atıldığını bildirir. Rusiyanın “İnterfaks” agentliyi xəbər verir ki, nəticədə dörd yaşayış binasına ziyan dəyib, o cümlədən “Donbass” mehmanxanası dağılıb.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko gecə Rusiya hərbçilərinin Nikopol vilayətini 7, Krivorojskini isə 3 dəfə atəşə tutduğunu bildirib. Onun sözlərinə görə, evlər dağılsa da ölən və xəsarət alan olmayıb. Xarkov meri İqor Terexov özünün teleqram kanalında gecə hücumları nəticəsində şəhərdəki tarixi bina və məktəbin zərər gördüyünü yazıb.

Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux da şənbə gecəsi Rusiyanın yeni zərbələri barədə məlumat verib.

Onun sözlərinə görə, 16 zərbə qeydə alınıb. Bir gün əvvəl Kamenka kəndində yaşayış binalarına edilən zərbələr nəticəsində 29 yaşlı qadın və iki uşağı da daxil olmaqla 5 nəfər həlak olub.

Moskva isə Ukraynada mülki obyektlərə və hədəflərə qəsdən zərbə endirilməsi ilə bağlı iddiaları dəfələrlə təkzib edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button