2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna raket atəşinə tutulub

Yanvarın 26-da səhər Rusiya Ukraynaya raket zərbələri endirib. Azı bir nəfər həlak olub. Ötən gecə dron hücumu həyata keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Volodimir Zelenski isə Qərb müttəfiqlərini Ukraynanın havadan müdafiəsini gücləndirmək üçün uzaqmənzilli raketlər və hərbi təyyarələr verməyə çağırıb.

Kiyevin meri Vitali Kliçko paytaxta zərbədə azı bir nəfərin öldürüldüyünü, iki nəfərin yaralandığını deyib. O, sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Kiyev hərbi administrasiyasının başçısı Sergey Popkonun sözlərinə görə, paytaxt üzərində azı 10 raket vurulub.

“Düşmən Kiyev istiqamətinə 15-dən çox qanadlı raket buraxıb. Havadan müdafiə sisteminin əla işləməsi sayəsində bütün hədəflər vurulub”, – o söyləyib.

Prezident administrasiyasının başçısı Andrey Yermak isə Telegram-da yazıb ki, “Rusiyanın ilk raketləri vurulub”. O, konkret məkan dədiqləşdirməyib.

Cənubi Odessa vilayətində isə Rusiya raketlərinin iki enerji obyektini vurduğu bildirilir.

Mərkəzi Vinnitsa vilayətinə də Rusiya raketləri atılıb. Ancaq itki olmadığı deyilir.

Rusiya qüvvələrinin şərqi Donetsk vilayətində Baxmut və Avdiyevka, Luqanskda isə Çervopopyivkada hücumları davam etdirdiyi bildirilir. Baş Qərargah bildirir ki, “saysız itkilərə baxmayaraq, düşmən hücumları dayandırmayıb”.

Ukrayna rəsmiləri yanvarın 26-də Soledar duz mədənləri şəhərinin təslim olduğunu etiraf ediblər.

Berlin və Vaşinqton artıq Kiyevə müasir tanklar verməyə razılaşıblar. Zelenski müttəfiqlərin bu addımını alqışlayıb, ancaq onları tezliklə çox sayda tank göndərməyə çağırıb.

“Hazırda əsas məsələ sürət və miqdardır. Qüvvələrimizə sürətlə təlim keçin, Ukraynaya tank təchizatını sürətləndirin. Tankların sayı dəstək deməkdir”, – Zelenski vurğulayıb.

Zelenski ötən gecə müraciətində deyib ki, indi “Ukraynanı təyyarə ilə təchiz etmək lazımdır”.

24 saat” “
Ukrayna raket atəşinə tutulub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button