2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayna Rusiya saytlarına blok qoyub

Ukrayna hökuməti Rusiyanın bir neçə ən böyük internet saytna girişə qadağa qoyulması haqda qərar verib. Bu, 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra rəsmi Kiyevin tətbiq etdiyi sanksiyaların növbəti raundudur.

Prezident Petro Poroşenkonun bazar ertəsi qəbubl verdiyi sərəncama əsasən, Rusiyanın populyar saytlarına girişə üç il müddətinə blok qoyulur.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda çərşənbə axşamı günü Prezident Petro Poroşenkonun administrasiyası məlumat verib.

Bloklanmış saytlara Yandeks axtarış səhifəsi, eləcə də Odnoklassiki və VKontakte kimi populyar sosial media saytları daxildir.

Prezidentin sərəncamı ilə Ukraynada internet provayderlərinə mayın 15-dən Rusiyanın qadağan edilmiş saytlarına çıxış imkanı verməsi qadağan edilir.

Mayın 16-da həmin saytların Ukraynada hələ də çalışdığı bildirilir. Hələlik Ukrayna hökumətinin saytları nə vaxt və necə bloklayacağı aydın deyil.

Ukrayna hökuməti bu addımın təhlükəsizlik səbəbilə atıldığını bildirərək, qadağanın “Ukraynanın informasiya və kiber təhlükəsizliyinə hədə törədən” şirkətlərdən müdafiə olunmaq məqsədilə tətbiq edildiyini bildirib.

Bununla yanaşı, Poroşenko 2014-cü ildə Krəmən işğalı və bunun ardınca Rusiya tərəfdarı separatçıların fəaliyyəti ilə əlaqədar Rusiyada sanksiyaların tətbiq edildiyi 400 fiziki şəxs və təşkilatın daxil olduğu genişləndirilmiş siyahısını təsdiq edib.

Röyters xəbər agentliyinin verdiyi məlumata görə, Kreml buna cavab veriləcəyi ilə hədələyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button