2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ukrayna Rusiya vətəndaşlarına viza rejimi tətbiq edib

Yayımlandı: 1 İyul 2022 15:47

Son qərarı nəzarət-buraxılış məntəqələrindəki sərhədçilər verəcək

İyulun 1-dən Ukraynaya getmək istəyən Rusiya vətəndaşları viza almalı olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Prezidenti Volodimir Zelenskinin viza rejiminə keçməklə bağlı xahişi 2 həftə öncə hökumət tərəfindən təsdiqlənmişdi.

Ukrayna 2014-cü ildə Krımın ilhaqından və Donbasda müharibə başlayandan sonra rusların ölkəyə girişini tədricən çətinləşdirib.

Əvvəlcə onlardan daxili pasport əvəzinə xarici pasport tələb etməyə başlayıb, sonrasında isə Rusiya vətəndaşları sərhəddə hərtərəfli yoxlamalara məruz qalıb. Lakin genişmiqyaslı işğaladək Ukrayna viza rejimi tətbiq etmək barədə addım atmayıb.

İyunun 17-də hökumət prezidentin xahişi ilə 1997-ci ildən vizasız rejim haqqında qüvvədə olan hökumətlərarası sazişi ləğv edib. Həmçinin 2011-ci ildən Rusiya və Ukraynanın sərhədyanı rayonlarında sadələşdirilmiş gediş-gəliş haqqında sazişi dayandırıb.

“Biz nəhayət, Rusiya ilə bütün əlaqələri kəsirik. Bunu dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı durmaq üçün edirik”, – hökumətin başçısı Denis Şmıxal iyunun 17-də vizaların tətbiqini belə müdafiə edib.

Həmin vaxt viza rejiminə keçidlə bağlı hazırlığa görə 2 həftə vaxt müəyyən edilmişdi.

“Tammiqyaslı müharibənin əvvəlindən Xarici İşlər Nazirliyi Rusiya Federasiyası ilə viza rejiminin tərəfdarı olub. Biz iyulun 1-dən qərarı həyata keçirməyə hazırıq, texniki imkanlarımız var”, – deyə xarici işlər naziri Oleq Nikolenko “BBC News Ukrayna”ya bildirib.

Bundan sonra Rusiya vətəndaşları Ukraynaya viza almaq üçün 8 şəhərdə fəaliyyət göstərəcək “VFS Global” viza mərkəzlərindən birinə müraciət etməli olacaq.

Müraciətlərə üçüncü ölkələrdəki Ukrayna diplomatları baxacaq.

Qərara görə, vizanın olması belə, Rusiya vətəndaşının Ukraynaya buraxılmasına 100 faiz zəmanət verməyəcək. Son qərarı nəzarət-buraxılış məntəqələrində sərhədçilər verəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski iyunun ortalarında rusiyalılar üçün viza qaydalarını bəyan edərkən deyirdi ki, hakimiyyət bu addımı milli təhlükəsizliyə görünməmiş təhdidlərə müqavimət çərçivəsində atıb.

Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, ölkənin milli maraqlarından çıxış edərək və humanitar tərəfi nəzərə alınmaqla mümkün cavab tədbirləri görülə bilər.

Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2021-ci ildə Ukrayna sərhədini yarım milyon rusiyalı keçib.

Müharibə vaxtı gələn rusiyalıların sayı hələlik, bilinmir.

Hazırda Rusiya və Belarusla bütün sərhəd məntəqələri bağlıdır.

Rusiyalılar Ukraynaya ancaq digər ölkələrdən – Polşa, Slovakiya, Rumıniya, Macarıstan və Moldovadan gələ bilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button