2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna Rusiyanın bu ölkədə yeni səfirinə ehtiyac görmür

Ukraynada Rusiyanın yeni səfirinin təyin edilməsi məsələsi gündəlikdən çıxarılıb. Virtualaz.org «İnterfaks»a istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Yelena Zerkal deyib.

Telekanallarrdan birinə müsahibəsində o bildirib ki, bu Ukrayna tərəfinin təşəbbüsü ilə baş verib.

İyulun 28-də prezident Putin Ukraynada Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Mixail Zurabovu tutduğu vəzifədən azad etmişdi. O, Kiyevdə 2009-cu ilin avqust ayının 5-dən çalışırdı. RF-in Ukraynadakı müvəqqəti işlər vəkili səlahiyyətlərini Sergey Toropov icra edir.

Saytların yığılması Saytlarin yigilmasi

İyulun 29-da Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə Komitəsində Mixail Babiçin Rusiyanın Ukraynadakı yeni səfiri təyin olunması təşəbbüsü dəstəklənib. Ukrayna Radasında isə RF-in yeni səfirinə aqreman verilməsinə qadağa qoyulması fikirləri səslənib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button