2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ukrayna sərhədində gərginliyin artması fonunda ABŞ və Almaniya mövqelərini yaxınlaşdırırlar

Vaşinqton/08.02.22 Ağ Ev Rusiyanın Ukraynanı işğal etməsinin qarşısını almaq üçün öz addımlarını Avropadakı müttəfiqləri və tərəfdaşları ilə fəal şəkildə əlaqələndirir. Bu, Ukrayna ilə sərhədə Rusiya qoşunlarının yerləşdirilməsinin davam etməsi fonunda baş verir, bu barədə bazar ertəsi jurnalistlərə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

“Bu, təkcə piyadalar və zirehli texnika deyil, həm də uzun mənzilli artilleriya, hava və raket hücumundan müdafiə qüvvələri, həmçinin xüsusi təyinatlı qüvvələrdir”, deyə Kirbi bildirib.

“Bu hərbi potensial, son iki gün də daxil olmaqla, gündən-günə artmağa davam edir”, deyə o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Co Bayden Ağ Evdə Almaniya kansleri Olaf Şoltsla görüşdə mövqelərin eyni olduğunu nümayiş etdirib. Eyni zamanda, ABŞ rəsmiləri hücumun “hər gün” başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.

Bu, Fransa prezidenti Makronun gərginliyi azaltmaq üçün Moskvada prezident Putinlə saatlarla davam edən görüşündən dərhal sonra baş verib.

“Bütün bunlara baxmayaraq, Rusiya Ukraynanı işğal etsə, biz hamımız hazırıq, – deyə kansler Şoltsla yan-yana dayanan Bayden bildirib, – və bütün NATO hazırdır”, deyə o, Almaniya kansleri ilə birgə mətbuat konfransında qeyd edib.

Kansler Şolts Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar Berlinin “Şimal axını – 2” qaz kəmərini ləğv etməyə hazır olub-olmadığı haqqında suala cavabda deyib: “Biz birgə hərəkət edəcəyik, bir olacağıq”.

“Biz Ukrayna sərhədi boyunca yerləşdirilən Rusiya qoşunlarının sayını görürük və bu, Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir. Buna görə bizim birgə hərəkət etməyimiz və lazım olan hər şeyi etməyimiz vacibdir”, deyə Şolts əlavə edib. -25B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button