2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayna SOCAR və “Azərsun”-a qarşı cinəyət işi qaldırıb

Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı ilə bu ölkənin Baş prokurorluğu aprelin 20-dən 22-nə qədər Krımın Yalta şəhərində keçirilən III Beynəlxalq iqtisadi forumun iştirakçılarına qarşı istintaq tədbirlərinə başlayıb. Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, prokurorluq həmin iqtisadi forumun iştirakçılarının ölkənin “müvəqqəti işğal altında olan ərazilərinə daxil olmaq qaydalarını” pozmaqda günahlandırır. İştirakçılar arasında Azərbaycanın 17 iri dövlət və qeyri-dövlət müəssisələrinin nümayəndə heyətləri də var.

Açıqlamada deyilir ki, vətəndaşları həmin “forumda” iştirak edən ölkələrə müraciət olunaraq Ukrayna qanunlarını pozan bu şəxslərin ekstradisiyası tələb olunacaq. Habelə Ukrayna prokurorluğu forumun maliyyələşdirilməsində iştirak edən ayrı-ayrı müəssisələrin hərəkətinə hüquqi qiymət verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Yalta Beynəlxalq İqtisadi Forumunun informasiya xidməti bildirir ki, həmin forumda Azərbaycandan 17 təşkilatın və şirkətin nümayəndələri iştirak edib. Bunlardan bəzilərinin adlarını diqqətə çatdırırıq: Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Beynəlxalq Bankı, “Azərkosmos” ASC, “Azərsun Holding”, SOCAR, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi, Azərbaycan İqtisadçılar Birliyi və s.

Bu isə o deməkdir ki, adları çəkilən təşkilatlar və şirkətlər artıq Ukrayna prokurorluğunun qaldırdığı cinayət işində fiqurantlardır. Yalta forumunu Krım hökuməti Rusiya prezidenti Administrasiyası ilə birlikdə təşkil edib.

Ukraynada qəbul edilmiş qanuna görə Krım və Donbass “müvəqqəti işğal olunmuş” ərazilər statusundadır, bu ərazilərə Kiyevin razılığı olmadan getmək qanun pozuntusu kimi qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu Ukraynada Azərbaycan şirkətlərinə qarşı cinayət işi başlanması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələrində Ukrayna Prokurorluğunda Azərbaycan şirkətlərinə qarşı cinayət işinin başlanması barədə yayılan informasiyalarda göstərilən xüsusatların həqiqiliyi Azərbaycan Baş Prokurorluğu tərəfindən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə araşdırılır.

Göstərilənlərlə əlaqədar Ukrayna Baş Prokurorluğu ilə müzakirələr aparılır.

Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında bu ölkənin Baş Prokurorluğu Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak edənlərlə bağlı istintaq hərəkətlərinə başlayıb.

İqtisadi forumun iştirakçıları Ukraynanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını pozmaqda təqsirli bilinirlər.

Forumun iştirakçıları arasında Azərbaycanın 17 iri dövlət və şirkətlərinin nümayəndə heyəti də olub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button