2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna tərəfə keçdiyini deyən keçmiş məhbusun qətl videosu yayılıb

Rusiyanın özəl hərbi Vaqner qrupuna bağlı Telegram kanalında döyüşə cəlb olunmuş keçmiş məhbusun gürzlə qətlə yetirilməsinin videosu yayılıb. Həmin döyüşçünün Rusiyanın Ukraynada apardığı müharibədə Kiyev tərəfə keçdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu aşkar qisas aktını Vaqner-in təsisçisi, Rusiya Prezidenti Vladimir Putinə yaxın biznesmen Yevgeni Priqojin təqdir edib.

“İntiqam gürzü” adlanan videoya yazılan şərhlərdə “satqının cəzalandırıldığı” bəyan edilir. Video noyabrın 12-də “Gray Zone” (“Boz Zona”) Telegram kanalında yayılıb.

Həqiqiliyi təsdiqlənməmiş videodakı kişi özünü 55 yaşlı Yevgeni Nujin kimi təqdim edir. Başı zirzəminin kərpic divarına bağlanmış Nujin danışır ki, Ukraynaya qarşı müharibəyə cəlb olunandan sonra, sentyabrın 14-də tərəf dəyişərək “rusiyalılara qarşı döyüşməyə başlayır”.

Nujin oktyabrın 11-də Kiyevdə oğurlandığını deyir.

“Başımdan vurdular, huşumu itirdim və özümə gələndə bu zirzəmidə idim. Mənə dedilər k, mühakimə olunacağam”, – o danışır.

Həmin anda döyüşçü geyimində bir kişi Nujini başından gürzlə vurur, o yerə yıxılır, naməlum şəxs onun başından daha bir zərbə endirir. İkinci zərbədən sonra Nujinin bədəni göstərilmir.

AzadlıqRadiosu bu videonun həqiqiliyini, Nujinin Ukrayna tərəfə keçib-keçmədiyini öyrənə bilməyib.

Nujin sentyabrda ukraynalı jurnalist Yuri Butusova video müsahibədə deyirdi ki, qətlə görə həbsdəymiş, Vaqner qrupu onu döyüşə cəlb edib. O, Rusiyanın Ukraynaya qarşı müharibəsini tənqid edirdi.

Nujin deyib ki, Vaqner qrupuna mümkün qədər tez təslim olaraq Ukrayna üçün vuruşmaq niyyətilə qoşulub. O, müharibədən sonra Ukraynada qalmaq istədiyini, bacısı və dayısının orada yaşadığını söyləyib.

Priqojinin internetdə yayılmış videosunda isə o, rusiyalı məhbuslara Vaqner-ə qoşulmaq qarşılığında azadlıq vəd edib.

Media Priqojindən bu videoya münasibətini soruşub. Vaqner-in başçısı deyib ki, video əla rejissor işini ortaya qoyur, bir nəfəsə baxılır. Ancaq buna bir ad vermək olar ki, “it elə it ölümünə layiqdir”.

“Tarixə teatrda baxmağı sevirəm. Gürzə gəlincə, bu şouda aydın olan odur ki, Nujin Ukraynada xoşbəxtliyini tapmayıb, mərhəmətli olmayan, ancaq ədalətli adamlarla rastlaşıb”, – Priqojin münasibətini sözçüsü vasitəsilə yayıb.

Ukrayna hakimiyyəti Nujinin ölümünü təsdiqləməyib.

Rusiyada həbsxanada pozuntuları üzə çıxaran Gulag.net vebsaytı Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək Nujinin Ukrayna qüvvələrinə təslim olandan sonra necə oğurlandığına aydınlıq gətirməyə çağırıb.

24 saat” “
Ukrayna tərəfə keçdiyini deyən keçmiş məhbusun qətl videosu yayılıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button