Loading...
Loading...
Dünya

Ukrayna və Moldova üçün namizəd statusunun tövsiyə olunacağı gözlənir

Mənbələr deyirlər ki, Ukrayna və Moldova üçün bir sıra sahələrdə öhdəliklər qoyulacaq, Avropa Komissiyası ilin sonuna vəziyyəti dəyərləndirəcək

Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusu verməyi tövsiyə edəcək, amma bununla yanaşı bəzi şərtlər irəli sürəcək. Bunu danışıqlardan xəbərdar bir neçə mənbə AzadAvropa/AzadlıqRadiosu-na deyib.

Komissiya iyunun 17-də Ukrayna, Gürcüstan və Moldovanın Aİ-yə üzvlük müraciətlərinə dair dəyərləndirməsini açıqlamalıdır. Mənbələrin dediyinə görə, Gürcüstana spesifiki şərlərə əməl edəcəyi halda namizəd statusu vəd olunacaq.

Tövsiyələr hər üç ölkə üçün əhəmiyyətli sayılır. Özəlliklə Ukrayna Aİ-yolunda irəliləyişin Rusiyanın səbəbsiz işğalı fonunda təhlükəsizliyini gücləndirəcəyinə ümid edir.

Mənbələr deyirlər ki, Ukrayna və Moldova üçün bir sıra sahələrdə öhdəliklər qoyulacaq, Avropa Komissiyası ilin sonuna vəziyyəti dəyərləndirəcək.

Şərtlər

Ukrayna üçün şərtlərin prokurorların təyinatında şəffaflıq, milli azlıqların qorunması, çirkli pulyuma və oliqarxsızlaşdırma üzrə qanunvericiliklə bağlı olacağı gözlənir.

Moldova üçün şərtlərə isə ədliyyə islahatları, enerji, iqlim dəyişikliyi ilə mübarizə, ərzaq təhlükəsizliyi və rəqabət siyasəti daxildir.

Gürcüstana gəlincə, namizəd statusu almaq üçün ən sərt şərtlər ədliyyədə islahatlarla bağlıdır. Brüssel illərdir Tbilisinin bu sahədə geriləməsindən narahatdır.

Mənbələr müəyyən məsələlərin açıq qaldığını deyirlər, məsələn, qoyulan şərtlərə əməl olunmasa namizəd statusu ləğv oluna bilərmi. Status verilənədək ölkələrin müəyyən siyasi addımlar atması üzrə də danışıqlar aparılır.

Bu üç ölkəyə namizəd statusunun verilməsinə dair Aİ-nin qərb üzvləri arasında skeptisizm vardı. Ancaq Fransa və Almaniya liderləri iyunun 16-da Kiyevə səfər zamanı məsələyə dəstək bildiriblər.

Gələn həftə Aİ-nin sammiti keçiriləcək

İyunun 17-də Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusuna dair sürətləndirilmiş rəyini açıqlamalıdır.

İndiyədək heç bir ölkənin namizəd statusuna dair rəy belə sürətlə açıqlanmayıb. Rəyi blokun 27 üzv ölkəsi də təsdiqləməlidir.

Almaniyanın “dpa” agentliyi komissiyadakı mənbələrə istinadla xəbər verir ki, qurumun həm Ukrayna, həm də Moldovaya namizəd statusu verməyin xeyrinə çıxış edəcəyi gözlənir.

Bu rəy əsasından iyunun 23-24-də Aİ sammitində müzakirələr aparılacaq. Üzv ölkələrin Ukraynanın namizəd statusunu təsdiqləyəcəyi, ancaq sərt şərtlər qoyacağı gözlənir. Üzvlük isə illər, hətta onillər çəkə bilər.

Rusiya fevralın 24-də işğala başlayandan dərhal sonra Prezident Volodimir Zelenski Ukraynanın Aİ üzvlüyü üçün rəsmən müraciət edib. Ondan sonra Moldova və Gürcüstan da eyni addımı atıblar.

“Dpa” mənbələrə istinadla yazır ki, Gürcüstana namizəd statusu yalnız müəyyən şərtlərin icrasından sonra verilə bilər.

24 saat” “
Ukrayna və Moldova üçün namizəd statusunun tövsiyə olunacağı gözlənir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  İranda müəllimlərin etirazı. Ərzaq qıtlığı gözlənir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button