2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Ukrayna və Azərbaycan arasında qarşılıqlı sərmayələrin həcmi açıqlandı

Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynaya 170,5 milyon ABŞ dolları məbləğində birbaşa investisiya qoyub.

Ukrayna İqtisadiyyat nazirinin müavini İrina Novikovanın Assosiasiya rəhbəri Cəlal Hüseynovun məktubuna rəsmi cavabında bildirilir ki, bu göstərici, 2020-ci ilin sonu ilə müqayisədə 0,5% çox, 2019-cu ilin sonu ilə müqayisədə isə 12,2% azdır.

Ümumiyyətlə, Azərbaycan son bir neçə il ərzində Ukraynaya, təxminən, 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub, Azərbaycanda 215 şirkətinin fəaliyyət göstərdiyi Ukrayna isə ölkəmizə cəmi 25 milyon ABŞ dolları sərmayə yatırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan və Ukrayna arasında xarici ticarət dövriyyəsi 466,943 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 10% azdır. Bunun 210,379 milyon ABŞ dolları ixracın, 256,563 milyon ABŞ dolları isə idxalın payına düşüb. Hesabat dövründə ixrac 22,9% az, idxal isə 4,3% artıb.

report

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button