2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ukrayna və Azərbaycan strateji tərəfdaşlığı dərinləşdirir

Bakı/15.01.22 Yanvarın 14-də Kiyevdə Ukrayna və Azərbaycan prezidentlərinin danışıqlarının yekunlarına görə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyannamə imzalanıb.

Sənəd tərəflərin strateji tərəfdaşlığı dərinləşdirməyə, xüsusən qarşılıqlı maraq doğuran sahələrdə konkret layihələr həyata keçirməyə hazır olduğunu təsdiq edir. Bu layihələr arasında Qara Dəniz – Xəzər regionunda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin edilməsi üzrə layihələr də var.

“Biz Ukrayna və Azərbaycan prezidentlərinin birgə bəyannaməsini imzaladıq. Bəyannamədə dövlətlərimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı dəstək göstərməyə, hibrid təhlükələrə qarşı birgə mübarizə aparmağa, Qara Dəniz – Xəzər regionunda və onun hüdudlarından kənarda sülhü və sabitliyi təmin etməyə səy göstərməyə hazır olduğumuz təsdiqini tapıb”, deyə Vladimir Zelenski KİV nümayəndələri ilə Ukrayna-Azərbaycan danışıqlarının yekunlarına həsr olunmuş görüşündə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna dövlət başçısının sözlərinə görə, sənəddə əksini tapan mövqelər regional və qlobal miqyaslı bir çox məsələ və təhdidlə bağlı Ukrayna və Azərbaycanın baxışlarının eyni və yaxın olduğuna dəlalət edir.

Belə ki, Birgə Bəyannamədə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə dəstək ; siyasi, ticari-iqtisadi, yanacaq-energetika, hərbi-texniki, infrastruktur, nəqliyyat, aviainşaat, aqrar sənaye, mədəniyyət-humanitar və digər sahələrdə, həmçinin təhlükəsizlik sahəsində ikitərəfli qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi istəyi yer alır. Bundan başqa, hibrid təhdidlərə qarşı mübarizə məsələsində əməkdaşlığı fəallaşdırmağa hazırlıq qeyd edilir; cari layihələrin başa çatdırılması və yeni birgə layihələrin hazırlanması yolu ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da gücləndirilməsindən söhbət gedir; beynəlxalq və regional təşkilat və forumlar, xüsusən BMT, ATƏT, Avropa Şurası, GUAM, QİƏT çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindən bəhs edilir.

İqtisadi sazişlər arasında Ukraynanın Energetika Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq üzrə Qarşılıqlı Anlaşma Memorandumunu xüsusilə qeyd etmək lazımdır. Memorandum energetika sahəsində əməkdaşlığın genişləndirilməsini və Ukraynanın neft-qaz bazarında birgə layihələrin həyata keçirilməsini, xüsusən neft tədarükü və nəqli, neft məhsullarının nəqli, karbohidrogen kəşfiyyatı və hasilatı, Ukrayna ərazisində yeni neft emalı zavodlarının tikintisi və mövcud zavodların yenidənqurması, Ukrayna üçün təbii qaz tədarükü, onun yeraltı anbarlarda saxlanılması sahəsində layihələri nəzərdə tutur. -02Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button