2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə qəbul edilib

529 nəfər qətnamənin lehinə, 45 əleyhinə səs verib, 14 nəfər bitərəf qalıb

İyunun 23-də Avropa İttifaqının Brüssel sammitində Avropa Parlamentinin deputatları Ukrayna və Moldovaya Avropa İttifaqına (Aİ) namizəd statusu verilməsini tələb edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bunun gecikmədən həyata keçirilməli olduğunu bildiriblər.

Depuatatlar o fikirdədirlər ki, Gürcüstan da lazımi islahatları başa vurduqdan sonra namizədə çevrilməlidir.

Bu barədə açıqlama yayan Avropa Parlamenti bildirir ki, Aİ-yə üzvlük üçün “sürətli yol” yoxdur.

Üzvlük yalnız ləyaqət əsasında və meyarlar yerinə yetirildikdən sonra ola bilər:

“Aİ-nin genişlənməsi Avropa Birliyinin maraqlarına uyğundur. Aİ liderləri öz tarixi məsuliyyətlərini layiqincə yerinə yetirməli, Ukrayna, Moldova və Gürcüstana onların Avropa perspektivini təsdiqləyən aydın siyasi siqnal verməlidirlər”.

Parlament iyunun 23-də 529 lehinə, 45 əleyhinə və 14 bitərəf səslə Ukrayna və Moldova Respublikasına “gecikmədən” Aİ-yə namizəd statusu verməyə çağıran qətnamə qəbul edib.

Avropa Komissiyasının göstərdiyi prioritetləri “hökuməti yerinə yetirdikdən sonra” Gürcüstanla bağlı da eyni addım atılacaq.

Avropa Parlamentinin deputatları deyirlər ki, Rusiyanın Ukraynaya qarşı amansız təcavüzkar müharibəsi kontekstində bu addım liderlik, qətiyyət və uzaqgörənlik nümayiş etdirməyə bərabərdir.

Parlament Ukrayna, Moldova Respublikası və Gürcüstan hakimiyyətini “öz xalqlarının Avropa ambisiyalarını həyata keçirmək üçün siyasi əzmlərini birmənalı şəkildə nümayiş etdirməyə”, Aİ-yə üzvlük meyarlarını mümkün qədər tez yerinə yetirmək üçün islahatları sürətləndirməyə dəvət edib.

“Ukraynalılar, moldovalılar və gürcülər Avropa ailəsinin qürurlu və sadiq üzvləri olan azad, demokratik və firavan ölkələrdə yaşamağa layiqdirlər”, – Avropa Parlamenti bildirib.

Aİ Müqaviləsinin 49-cu maddəsində bildirilir ki, 2-ci maddədə qeyd olunan dəyərlərə hörmət edən və onları təşviq etmək öhdəliyi götürən istənilən Avropa ölkəsi Avropa İttifaqına üzv olmaq üçün müraciət edə bilər.

Aİ-yə yeni üzvlüklə bağlı qərar Komissiya ilə məsləhətləşdikdən və Parlamentin razılığı alındıqdan sonra Şura tərəfindən yekdilliklə qəbul edilir.

Ukrayna (28 fevral), Moldova Respublikası və Gürcüstan (hər ikisi martın 3-də) Rusiyanın Ukraynaya hücumundan sonra Aİ-yə üzvlük üçün müraciət edib.

İyunun 17-də Komissiya üç ərizə ilə bağlı rəylərini dərc edərək Şuraya Ukrayna, Moldova Respublikası və Gürcüstanın Aİ-yə üzv olmaq perspektivlərini təsdiq etməyi tövsiyə edib.

Məsələ iyunun 23 və 24-də Brüsseldə keçiriləcək Avropa Şurasının gündəliyindədir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button