2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayna vətəndaşlarının Avropaya vizasız səyahəti başlayır

”Bu, sadələşdirilmiş viza rejimindən daha böyük məna kəsb edir”

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 11-də Avropa İttifaqı Şurası Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib. 

Ukrayna prezidenti Pyotr Poroşenko bu barədə açıqlama yayıb: 

“İndicə Avropa İttifaqının Nazirlər Şurası bizlərə – Ukrayna vətəndaşlarına vizasız səyahət hüququ verən yekun qərarını qəbul edib. Mayın 17-də Strasburqda bu barədə müvafiq qanunvericilik aktı imzalanacaq. Bu, yəqin ki, mənim Ukrayna dövlətinin rəhbəri postunda 3 illik fəaliyyətim dövründə ən vacib səfərlərdən biri olacaq”. 

P. Poroşenko bildirib ki, qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək: 

“Təxminən 11 iyun tarixində 34 Avropa ölkəsi vizasız səfərlər üçün Ukrayna biometrik pasportunun sahiblərinə yaşıl işıq yandıracaq. Bu, sadələşdirilmiş viza rejimindən daha böyük məna kəsb edir. Dövlətimizin müstəqilliyinin, insanlarımızın azadlığının təsdiqlənməsi yolunda – Avropaya doğru nəhəng addımdır”.    

Martın 28-dən Gürcüstan vətəndaşları Avropa Birliyinin əksər ölkələrinə biometrik pasportlarla, vizasız səyahətə başlayıb. 

Aprelin 6-da Avropa Parlamenti Ukraynaya qarşı viza rejiminin ləğvinə səs verib. 521 deputat bunun lehinə,75-i isə əleyhinə səs verib. Bu, Azərbaycan Milli Məclisində müzakirəyə səbəb olub. Parlamentin 7 aprel toplantısında Avropa Birliyindən Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi və ya sadələşdirilməsi tələb olunub.

Tələbi deputat Zahid Oruc gündəmə gətirib. O, Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya gediş imkanı əldə etmək üzrə olduğunu xatırladıb və əlavə edib ki, Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi-hüquqi tərəfdaşı olub. Ancaq bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçir:

“Qərb təşkilatlarının, Avropa İttiafqının istəyi varsa ki, Azərbaycan vətəndaşları onlara tərəf üz çevirsin, onda öz qapılarını bu insanların üzünə açmalıdır”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button