Xəbərlər

Ukrayna yenidən taxil ixracını dayandırmağa məcbur olduğunu bildirir

Ukrayna dəniz limanlarından taxıl ixracını dayandırmaq məcburiyyətində qalıb. Bu barədə ölkənin İnfrastruktur naziri Aleksandr Kubrakov özünün tvitter səhifəsində məlumat paylaşıb.

Onun yazdığına görə, Efiopiya üçün nəzrdə tutulan 40 min ton buğda Rusiyanın atdığı addım səbəbindən yola salına bilməyib:

“40 min ton buğda olan “İKARİA ANGEL” gəmisi bu gün Ukrayna limanını tərk etməli idi. Bu məhsul aclıqdan ölmək ərəfəsində olan Efiopiya xalqı üçün nəzərdə tutulmuşdu. Amma Rusiya tərəfindən “taxıl dəhlizi”nin qarşısını kəsildiyi üçün , ixrac mümkün deyil”.

Rusiya isə bu məsələdən günahı Ukraynanın üzərinə atır. Oktyabrın 29-da Rusiya Müdafiə nazirliyinin yaydığı məlumatda Rusiyanın Qara Dəniz limanları vasitəsilə Ukraynadan taxı və digər ərzaq məhsullarının ixracını nəzərdə tutan “taxıl müqaviləsi” sazişində iştirakını dayandırdığını bildirib.

Məlumatda qeyd edilir ki, qərar şəhər qubernatoru tərəfindən Sevastopolda gəmilərə pilotsuz təyyarə hücumu ilə əlaqədar qəbul edilib. Məlumatda bildirilir ki, “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən gəmilərə hücum edilib.

Rusiyanın belə bir addım atması ABŞAvropa Birliyi tərəfindən tənqid edilib.

ABŞ prezidenti Co Bayden bu məsələyə münasibət bildirərəkən deyib ki, Moskvanın “taxıl müqaviləsi”ni rədd etməsini dünyada ac insanların sayının artmasına səbəb olacaq. O, həm də xatırladıb ki, razılaşma BMT-nin vasitəçiliyi ilə olub.

“Rusiyanın bunu etməsi üçün heç bir səbəb yoxdur. Onlar həmişə bir şey etmək üçün bəhanə axtarırlar, bu məsələdə Qərbi günahlandırsınlar”.

Hücumlara görə, Ukraynanın ittiham edən Rusiya Xarici İşlər Nazirliyi hətta bu işdə Ukraynaya britaniyalı mütəxəssislərin kömək etdiyini bildirib. Britaniya isə bu itthamları rədd edib.

Məsələyə münasibət bildirən Ukrayna prezidenti Volodimir Zelenski sentyabrdan bəri Rusiya Ukrayna limanlarından taxıl ixracına hər cür mane olub. O, bu səbəbdən Rusiyanı dünyanın 20 ən böyük iqtisadiyyat (G20) qrupundan çıxarmağa çağırıb. Onun sözlərinə görə, Rusiya atdığı bu addımla Asiya və Afrika ölkələrini aclıqla təhdid edir.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell Rusiyanı Ukrayna taxılının ixracı üzrə sövdələşmədə iştirakını dayandırmaq qərarını ləğv etməyə çağırıb.

“Rusiyanın Qara dəniz sazişində iştirakını dayandırmaq qərarı Ukraynaya qarşı müharibənin yaratdığı qlobal ərzaq böhranını aradan qaldırmaq üçün çox ehtiyac duyulan taxıl və gübrələrin əsas ixrac marşrutunu təhlükə altına qoyur. Avropa İttifaqı Rusiyanı qərarından dönməyə çağırır”, – Borrell deyib.

İyulun 22-də BMT və Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında “taxıl müqaviləsi” bağlanıb. Avqustun 1-də ərzaqla dolu ilk gəmi Odessadan yola düşüb.

Gözdən qaçırmayın:  Seulda Hellouin izdihamında azı 120 nəfər ölüb

Ukrayna dünyanın ən böyük taxıl ixracatçılarından biridir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qara dəniz limanlarında milyonlarla ton ərzaq yığılıb qalıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button