Bizim tərcüməDünya

Ukrayna: “Zaporojya Atom Elektrik Stansiyası kəsilib”

Ukrayna Dövlət Nüvə Enerjisi Şirkətinin (Enerqoatom) verdiyi açıqlamada, Rusiyanın bombardmanı səbəbindən Zaporojya Atom Elektrik Stansiyasının elektrik şəbəkəsindən ayrıldığı bildirilib.

Açıqlamada, bombardman nəticəsində xidmət elektrik xətlərinə ziyan dəydiyi, Rusiyanın nəzarətində olan Avropanın ən böyük atom elektrik stansiyasının dizel generatorları ilə işlədiyi bildirilib.

Generatorları işə salmaq üçün cəmi 15 gün yanacaq qaldığı vurğulanıb. Qeyd olunub ki, Ukrayna tərəfinin stansiyanı təhlükəsiz rejimdə saxlamaq imkanları obyektin işğalı və Ruysa Dövlət Nüvə Şirkətinin (Rosatom) nümayəndələrinin müdaxiləsi səbəbindən əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

“Biz bir daha beynəlxalq ictimaiyyəti Zaporojye atom elektrik stansiyasının mümkün qədər tez demilitarizasiyası üçün təcili tədbirlər görməyə və bütün Rusiya hərbçilərini stansiyadan və Enerqodar şəhərindən çıxarmağa çağırırıq”, – bəyanatda deyilir. Bildirilib ki, bu cür hərəkətlər rusların AES-i yenidən Rusiyanın enerji sisteminə qoşmaq cəhdidir.

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  ABŞ “hərəkət etməkdən çəkinməyəcəyik” demişdi... Bölgəyə enerji verən hücum iddiasına cavab verdilər!

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button