2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ukraynada 510 min, Azərbaycanda 6500 dollar?

Azərbaycanda qızğın müzakirə mövzulardan biri də hərbi əməliyyatlar zamanı həlak olan hərbçilərin ailələrinə verilən təzminatın azlığıdır. 1997-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların icbari dövlət sığortası haqda qanun”a görə, dövlət həlak olan hərbçilərin hər birinin ailəsinə birdəfəlik 11 min manat (6400 dollar) sığorta pulu ödəyib.
Yaralanan hərbçilərə isə xəsarətin dərəcəsindən asılı olaraq, 11 min manat kompensasiyanın 80, 60 və 40 faiz ödənişlər nəzərdə tutulub.

2020-ci ildə baş vermiş 44 günlük müharibədə şəhid olan 3 minə yaxın hərbi qulluqçunun ailəsinə bu həcmdə kompensasiya ödənilib. Bundan başqa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və yerli icra hakimiyyətləri şəhid ailələrinə 3 min manat (cəmi 6 min manat – red.), Heydər Əliyev Fondu isə 10 min manat verib. Beləliklə, şəhid ailələrinə toplam 27 min manat vəsait verilib. Habelə, qüvvədə olan qanunverciliyə görə, onlara 500 manat aylıq müavinət ödənilir. 

Mövzunun aktuallaşmasının, yenidən müzakirə açılmasının səbəbi isə hazırda müharibə aparan Rusiya və Ukraynada həlak olan hərbçilərə yüksək məbləğdə kompensasiyanın ödənilməsi barədə xəbərlərdi. Müharibənin ilk günlərində Ukraynanın Baş naziri Denis Şmıqal demişdi ki, həlak olan hərbçilərin ailələrinə 15 milyon qrivna (510 min dollar) birdəfəlik yardım ödəniləcək. Bundan başqa, prezident Zelenskinin sərəncamına uyğun olaraq, hökumət hərbi vəziyyət dövründə bütün hərbi qulluqçulara ayda 30 min qrivna (1730 manat) məbləğində əlavə pul mükafatı verir.

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynadan hərbi bloger Dmitro Puyatya Pressklub.az-a açıqlamasında həlak olan hərbi qulluqçuların ailələrinə 510 min dollar təzminat verilməsinə inanmadığını deyib: “Bu, ilk baxışdan mümkünsüz görünür, çünki Ukraynanın belə nəhəng vəsaiti ödəməyə imkanı çatmaz. Ola bilsin, 500 min-1 milyon qrivna verə bilərlər (1 milyon qrivna təxminən 59 min manatdır – red.) . Güman edirəm ki, bu barədə xəbərlər düzgün anlaşılmayıb”. 

Rusiya hökuməti isə Ukraynada həlak olan hərbçilərin ailələrinə 7,4 milyon rubl (88 min dollar), həmçinin aylıq təzminat verəcək. Döyüşdə yaralananların isə hər birinə 3 milyon rubl (35 min dollar) ödəniləcək.

Hərbi jurnalist Səxavət Məmməd Pressklub.az-a şərhində bildirib ki, əksər ölkələrdə xidmət zamanı həlak olan hərbçilərin ailəsinə birdəfəlik ödəniş həyata keçirilir. O, Azərbaycanda bu həddin 11 min manat nəzərdə tutulduğunu xatırladır. “Bu, əslində sığorta puludur. Azərbaycanda şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir, həlak olan əsgərlə zabit ailəsi dövlət tərəfindən eyni məbləğdə kompensasiya alır. Müqayisə aparsaq, Azərbaycanda sığorta olunmuş avtomobildə ölmüş şəxsə şəhiddən 5 dəfə artıq ödəniş edilir. Konkret prokurorluqda isə bu rəqəm təxminən 20 min manata yaxındır”, – jurnalist vurğulayıb. 

S.Məmməd də Ukraynada həlak olan hərbçilərin ailəsinə 500 min dollar ödənildiyini deyir: “Əslində, ödənişlər təkcə bunlarla da yekunlaşmır. Ukrayna və Rusiyada həlak olan hərbçilərin ailələrinin çox ciddi güzəştləri mövcuddur. Onlara növbədənkənar evlərin verilməsi, ailələrinə aylıq pensiyanın verilməsi və s. həyata keçirilir. Türkiyə təcrübəsi bir qədər fərqlidir. Türkiyədə həlak olan hərbçilər müxtəlif kateqoriyalara bölünür və onlara da ödəniş bu kateqoriyalar üzrə həyata keçirilir. Türkiyədə şəhid ailələri çox yüksək pensiya alırlar”

Hərbi jurnalist hesab edir ki, Azərbaycan dövləti həlak olan hərbçilərin ailələrinə sığorta pulunu miqdarını artırmalıdır: “Çünki bu rəqəm 1997-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda öz əksini tapıb. O dövrün tələbləri və iqtisadi göstəriciləri ilə indiki dövr eyni deyil. Bu barədə müharibədən əvvəl də dəfələrlə fikirlər səsləndirilib, təkliflər edilmişdi, ancaq heç bir addım atılmadı. Azərbaycan dövlətinin potensialı imkan verir ki, həlak olan hərbçilərin ailələrinə ən azı 30 min manat ödəyə bilsin. Bundan əlavə, şəhid ailələrinə güzəştlərin həcmini də artırmaq Azərbaycan üçün çətin olmamalıdır. Digər ölkələrin təcrübələrinə baxdıqda rəqəmlərin az qala hər il artırıldığını görürük, Azərbaycan isə bu sahədə yerində sayır”.

Turqut

24 saat” “Ukraynada 510 min, Azərbaycanda 6500 dollar?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button