Dünya

Ukraynada ağır döyüşlər gedir

Ukraynanın şərqində Rusiyanın davamlı hücumuna qarşı ağır döyüşlər gedir. Prezident Volodimir Zelenski vəziyyətin “ağır” olduğunu deyərək bir daha Ukraynanın Qərb müttəfiqlərini Kiyevə müasir ağır silahlar, o cümlədən tanklar göndərmək qərarını sürətləndirməyə çağırıb.

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) yanvarın 19-da Berlində Ukraynaya bu ölkənin istehsalı olan tankların göndərilməsi məsələsini müzakirə edəcək.

Avropa Şurasının Prezidenti Şarl Mişel də yanvarın 19-da Kiyevə səfər edəcəyini açıqlayıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yanvarın 19-da açıqladığı gündəlik məlumata görə, son 24 saat ərzində Luqansk və Donetsk vilayətlərinə Rusiyanın hücumları davam edir. Rusiyalıların Luqanskda Bilohorivka, qonşu Donetskdə isə Baxmut, Soledar və Avdiyevkanını hədəfə aldığı bildirilir.

Ordu Rusiya və Belarus əsgərlərinin Ukrayna sərhədi boyunca hərəkətlərinin izləndiyini, ancaq indiyədək hücum hərəkətləri aşkarlamadığını qeyd edir.

Zelenski yanvarın 18-də İsveçrədə Dünya İqtisadi Forumunda virtual çıxışında deyib ki, Rusiyanın hücumlarını önləmək üçün Qərb tank və havadan müdafiə sistemlərini daha tez göndərməlidir.

“Cəbhədə vəziyyət ağır olaraq qalır, Donbas ağır və qətiyyətli döyüşlərin episentridir”, Zelenski vurğulayıb.

24 saat” “
Ukraynada ağır döyüşlər gedir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Qazaxıstan ölkəyə giriş qaydalarını sərtləşdirir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button