2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ukraynada azərbaycanlı iş adamının qətli ilə bağlı – Yeni detallar

Ukraynada qətlə yetirilən gənc azərbaycanlı iş adamı Sənan Qəniyevin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində danışıqlar aparılır.

Məsələ ilə bağlı açıqlama verən mərhumun yaxınları bildiriblər ki, S.Qəniyevin nəşinin Polşaya, oradan da təyyarə ilə Bakıya gətirilməsi planlaşdırılır. Lakin bu baş tutmasa, cənazənin Moldova vasitəsilə Azərbaycana göndərilməsi nəzərdə tutulub.

O da məlum olub ki, Lvovda restoranda qətlə yetirilən Sənan Qəniyev həmin şəhərdə ticarətlə məşğul olub. Onun əmisi isə restoran işlədib və dava-dalaş da Sənanın əmisi ilə Lvovda fəaliyyət göstərən və Türkiyə vətəndaşlarının işlətdiyi “Şaurma” restoranının sahibləri arasında olub. Sənan əmisinin həmin rostorana getdiyini və mübahisə baş verdiyini öyrənərək oraya gedib. Bu zaman baş vermiş münaqişə zamanı kürd əsilli Türkiyə vətəndaşı Barut Məsut şiş ilə 33 yaşlı S.Qəniyevə xəsarət yetirib. Şiş Sənanın ayaq nahiyəsində vena damarını kəsdiyindən kəskin qanaxma baş verib. Çoxlu qan itirən gənc orada dünyasını dəyişib. (Qafqazinfo)

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “Ukraynada azərbaycanlı iş adamının qətli ilə bağlı – Yeni detallar” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button