2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynada az qala nüvə fəlakəti ola bilərmiş

BAEA-nın direktoru Rafael Qrossi noyabrın 20-də gecə verdiyi bəyanatda deyib ki, stansiyaya atəş açan kimdirsə, “çox sayda insanların həyatı ilə qumar oynayıb”

Saytların yığılması Saytlarin yigilmasi

BMT-nin nüvə gözətçisi bildirib ki, Ukraynada Rusiyanın işğalı altında olan Zaporojye atom elektrik stansiyasında az qala nüvə fəlakəti olacaqmış.

Stansiyanın ötən həftəsonu artilleriya atəşinə tutulduğu xəbər verilir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bildirib ki, Avropanın ən böyük atom stansiyasında noyabrın 19-da və 20-də “güclü partlayışlar” qeydə alınıb.

Kiyev və Rusiya stansiyaya dəyən ziyana görə bir qayda olaraq bir-birlərini ittiham edirlər.

BAEA-nın direktoru Rafael Qrossi noyabrın 20-də gecə verdiyi bəyanatda deyib ki, stansiyaya atəş açan kimdirsə, “çox sayda insanların həyatı ilə qumar oynayıb”.

O bildirib ki, xoşbəxtlikdən potensial baxımdan çox ciddi fəlakət baş verməyib.

“Bəxtimiz gətirməyə bilər”

Qrossi əlavə edib ki, “gələn dəfə bəxtimiz gətirməyə də bilər”.

BAEA bunu da bildirir ki, ərazidə radiasiya fonu dəyişməyib, zərər çəkən olmayıb.

Təşkilat bildirib ki, artilleriya zərbələri reaktorların təhlükəli yaxınlığında partlayıb.

Ukraynanın enerji agentliyi Enerhoatom stansiyanın atəşə tutulmasına görə Rusiyanı ittiham edib. Kiyev bildirir ki, stansiyaya azı 12 mərmi atılıb.

Rusiya Müdafiə Nazirliyi noyabrın 20-də baş vermiş insidentə görə Ukraynanı ittiham edib. Noyabrın 21-də Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskvanın qiymətləndirməsinə görə insidentin arxasında Kiyev dayanır.

Rusiyanın dolayısı ilə məqsədi

NATO ölkələri Parlament Assambleyasının iclasına videobağlantı ilə müraciət edən Ukrayna prezidenti Volodimir Zelenski şimal alyansını Ukraynanın nüvə enerjisi stansiyalarını mühafizə etməyə çağırırb:

“Bizim ölkələrimiz nüvə qurğularında hansısa təhlükəli insidentlərin baş verməsində maraqlı deyillər”.

Eyni gündə Rusiyanın dövlət nüvə komitəsi Rosatomun rəhbəri Aleksey Lixaçov xəbərdarlıq edib ki, Zaporojye AES ciddi risklə üzləşib. O əlavə edib ki, “bütün gecə” BAEA ilə danışıqlar aparıb.

Moksva BAEA-nın Zaporojye stansiyasını Rusiyanınm məsuliyyət zonası kimi qəbul etməsinə çalışır. Bu isə faktiki olaraq bu ərazinin Putin tərəfindən ilhaqının tanınması demək olardı.

Hələ sovet dövründə tikilmiş stansiyanın reaktorları hər hansı fəlakərtin baş verməməsi üçün söndürülüb.

Sözü gedən insident Rusiya qüvvələrinin Zaporojye şəhərinin ətrafında və Donbasda mövqelərini möhkəmləndirməyə çalışdığı bir vaxtda baş verib.

Xəbər verilir ki, Zaporojye vilayətinin başqa yerlərində Rusiya qüvvələri mülki obyektlərin bombardmanını davam etdirib. Bu bölgədə 30-dək evin dağıdıldığı xəbər verilir.

24 saat” “
Ukraynada az qala nüvə fəlakəti ola bilərmiş
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button