SEÇMƏ

Ukraynada don vurmuş azərbaycanlı ailənin tapıldığı bildirilir

Yayımlandı: 30 Noyabr 2022 15:10

Ailə 30 ildən çox həmin ərazidə yaşayıb

Ukraynada don vurmuş azərbaycanlı ailənin tapıldığı deyilir.

Bu barədə Baku TV-nin Kiyevdəki əməkdaşı xəbər verib.

O bildirib ki, Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında azərbaycanlı ailə − Hafiz Ağayev, onun həyat yoldaşı Marina Ağayeva və onların üç uşağının donmuş meyitləri tapılıb.

Məlumata görə, onların evləri də dağıdılıb.

Ailənin 30 ildən çoxdur ki, həmin ərazidə yaşadığı bildirilir.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Hücum zamanı Ukraynanın bir çox şəhərlər dağıdılıb, 10 milyondan çox insan evini tərk edib.

Onların bir qismi yeraltı sığınacaqlarda yerləşdirilib, 4 milyondan artıq insanın isə ölkəni tərk ediyi açıqlanıb.

Bir qisminin isə Rusiya ordusu tərəfindən qətlə yetirildiyi barədə məlumatlar yayılıb.

Rusiya ordusunun əsasən də, Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Meydan TV

Gözdən qaçırmayın:  “Mərmər soyuğu”: Kannın imtina etdiyi, nazirin yayımı ertələdiyi bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button