2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynada elektrik böhranı: Fövqəladə hal elan edilə bilər

Ukrayna ölkənin şərqində tək tərəfli müstəqilliyini elan edən Donbas bölgəsindən kömür daşınmasının dayanması nəticəsində ciddi enerji böhranı riski ilə üz-üzə qaldı.

Donetsk və Luqansk bölgələrindən antrasit kömürünün daşınmasının dayanması, elektrik stansiyalarında da yalnız 40 günlük kömür ehtiyatının qalması hökuməti ciddi narahat etməyə başladı.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Enerji və Kömür Nazirliyi elektrik enerjisi ilə bağlı yaşanan problemlərə görə ölkənin enerji sektorunda bir aylıq fövqəladə hal elan olunmasını təklif etdi. Hökumətin layihəni təsdiqləməsi halında, nüvə stansiyalarında və elektrik stansiyalarında kömür istehsalının 20% artırılması, digər sahələrdə isə məhdudlaşdırılması gözlənilir.

Ukraynanın Baş nazirinin köməkçisi Gennadiy Zubko “işğal altındakı” bölgələrdən kömür daşınmasının dayanması səbəbindən Xarkov, Dnepropetrovsk, Kiyev, Çerniqov, Zaporoje, SummiÇerkassıdə elektrik kəsintisi yaşana biləcəyi xəbərdarlığını etdi.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button