2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynada müharibə Lukaşenkanın düşündüyündən ‘çox çəkib’

Lukaşenka onu da qeyd edib ki, bu münaqişədə nüvə silahı işlətmək “qəbuledilməzdir”, ancaq Rusiyanın belə planları olub-olmadığını deyə bilməz

Saytların yığılması Saytlarin yigilmasi

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka deyir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün bacardığını edir, bu müharibə onun düşündüyündən daha çox “uzanıb”.

“AP”nin mayın 5-də dərc etdiyi müsahibədə Lukaşenka Rusiyanın Ukraynaya təcavüzünü müdafiə edərək bildirib ki, Kiyev Moskvanı “təhrik edirdi”.

Müharibəni dayandırmaq üçün “hər şey” edir

O, Ukraynanın Rusiyanı necə təhrik etməsinin detallarını açıqlamayıb. Minsk Rusiyanın işğalına köməklik göstərib, Belarus ərazisindən bu hücum üçün istifadə olunmasına icazə verib. Lukaşenka müharibədən öncə deyirdi ki, Ukraynanın Belarusa hücum planlaşdırmasına dair onda informasiya var.

Lukaşenka 2020-ci ilin avqustunda prezident seçkisində qalib gəldiyini iddia edəndən sonra beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunub, prezident kimi tanınmayıb. Müxalifət seçkinin saxtalaşdırıldığını bəyan edib. O kütləvi etiraz aksiyalarını amansızlıqla yatırdıb.

Belarusu 1994-cü ildən idarə edən 67 yaşlı Lukaşenka bildirib ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün “hər şey” edir.

“Plan üzrə gedib-getmədiyini demək üçün problemin içində deyiləm… Bir daha vurğulamaq istəyirəm ki, bu əməliyyat uzandı”, – Lukaşenka Minskdəki Müstəqillik Sarayında 90 dəqiqəyə yaxın müsahibəsində söyləyib.

Nüvə silahı

Lukaşenka onu da qeyd edib ki, bu münaqişədə nüvə silahı işlətmək “qəbuledilməzdir”, ancaq Rusiyanın belə planları olub-olmadığını deyə bilməz.

“Rusiya bunu etməyə qadirdir, ya yox, bu sualı Rusiya rəhbərliyinə vermək lazımdır”, – o, nüvə silahından mümkün istifadə haqda belə deyib.

Rusiya Prezidenti Vladimir Putin və digər aparıcı rəsmiləri fevralın 24-də Ukraynanın işğalı başlayandan dəfələrlə ölkənin nüvə arsenalından danışıblar.

Müharibənin ilk günlərində Putin ölkənin nüvə arsenalını yüksək hazırlıq vəziyyətinə gətirmək göstərişi verib. Kreml Qərb ölkələrini iqtisadi sanksiyalar və “ölkəmizə qarşı aqressiv bəyanatlarla” “qeyri-dost hərəkətləri”ndə suçlayıb.

24 saat” “
Ukraynada müharibə Lukaşenkanın düşündüyündən ‘çox çəkib’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button