2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Ukraynada Rusiya xüsusi dəstəsinin məhv edildiyi xəbər verilir (Video)

Onların martın 3-də Xarkov yaxınlığında öldükləri bildirilir. Ümumilikdə isə bu dəstədəki azı 40 hərbçinin tamamilə həlak olduğu deyilir

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynada davam edən müharibədə Xarkov yaxınlığında Rusiyanın xüsusi təyinatlı birliyi – SOBR-un bir neçə yüksək rütbəli zabitinin həlak olduğu xəbər verilir.

Bu barədə informasiyanı Mediazona saytı sosial şəbəkə və kütləvi informasiyadakı materiallara, habelə mənbələrdən alınan məlumatlara əsasən yayıb.

Mediazona xəbər verir ki, Rusiyanın Vladimir şəhərində bugünlərdə SOBR-un yerli dəstəsinin 4 zabiti dəfn edilib.

Onlardan üçünün podpolkovnik, birinin isə polkovnik olduğu xəbər verilir.

Mediazona yazır ki, bu barədə məlumat əvvəlcə yerli mediada dərc olunsa da, xəbərlər dərhal redaktə edilib və mətndəki adlar çıxarılıb.

Sayt bildirir ki, zabitlər çox güman Xarkov yaxınlığında həlak olublar.

Bütün dəstənin həlak olduğu deyilir

Bu da xəbər verilir ki, martın 5-də Ukrayna Telegram-kanalları məhv edilmiş Rusiya hərbi texnika karvanını görüntüləyən videolar yaymışdılar.

Videolarda dağılmış bir neçə yük maşını, ətrafa səpələnmiş dəbilqə və qalxanlar görünürdü.

Məhv edilən maşınlar arasında dustaq avtofurqonları da vardı.

Xəbər verilir ki, həmin gün Vladimirdən olan iki fəal – Kirill İşutinKirill Alekseyev yerli polisdə dindirilmişdilər.

Onların sözlərinıə görə polislər bu videoaları müzakirə edirdilər. Onlar məhv edilmiş OMON maşınlarını tanımışdılar.

Alekseyevin sözlərinə görə sözü gedən dəstədəkilərin hamısı həlak olub.

Fəal bildirir ki, polislər matəm əhval-ruhiyyəsində idilər.

Mediazonanın mənbələri Vladimir SOBR-unun həlak olmuş zabitlərinin adlarını təsdiq ediblər.

Onların martın 3-də Xarkov yaxınlığında öldükləri bildirilir. Ümumilikdə isə bu dəstədəki azı 40 hərbçinin tamamilə həlak olduğu deyilir.

Rusiyanın susqunluğu

Rusiya Müdafiə Nazirliyi Ukrayna müharibəsində itkilərini etiraf etsə də, tam rəqəmləri açıqlamır.

Nazirlik martın əvvəlində Ukraynada 498 Rusiya hərbçisinin həlak olduğunu xəbər vermişdi.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında Rusiya tərəfinin itkilərinin azı 15 min nəfər olduğu bildirilir.

24 saat” “
Ukraynada Rusiya xüsusi dəstəsinin məhv edildiyi xəbər verilir (Video)
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button