2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaManşet

Ukraynada Saakaşvilinin axtarışı elan edilib

Ukraynanın hakimiyyət orqanları keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvilinin axtarışını elan ediblər.

Bundan əvvəl təhlükəsizlik qüvvələri onun evinə reyd keçirmiş, Saakaşvilini evin damında yaxalayaraq polis maşınına oturtmuşdular. Lakin bunun ardınca tərəfdarları Saakaşvilini polis avtofurqonundan dramatik şəkildə azad etmişdilər.

Ukrayna Baş Prokurorluğunun sözçüsü Andriy Lısenko Facebook postunda yazır ki, prokurorlar milli polisin rəisi Serhiy Knyazevə keçmiş Odessa vilayəti qubernatorunun axtarışda olduğu barədə məlumat veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Prokurorluq Saakaşvilini “mütəşəkkil cinayətkar qrupla” əlaqədə ittiham edir.

***

Kiyevdəki ABŞ səfirliyi “bütün tərəfləri gərginliyi azaltmağa, zorakılıqdan qaçmağa” çağırıb. Bu çağırışdan öncə müxalif siyasətçi Mikheil Saakashvili təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıb, tərəfdarları onu azad edib və etirazçıları Ukrayna parlamentinə doğru yönəldib.

***

Mikheil Saakashvili-nin tərəfdarları onu SBU-nun maşınından çıxarıblar. Bundan sonra Saakashvili etirazçıları “Maydana getməyə”, “Ukraynanın azad olunması prosesinə başlamağa çağırıb”. O, ölkəni prezident Petro Poroshenko-nun “banda”sından azad etməyin gərəkdiyini vurğulayıb. “Ordu tərəfimizdədir”, – deyən Saakashvili dinc aksiyanı nəzərdə tutduğunu söyləyib.

***

Ukraynanın baş prokuroru Yuriy Lutsenko deyir ki, Saakashvili-ni Avromaydan hadisələrindən sonra Rusiyaya qaçmış keçmiş prezident Viktor Yanukovych dövrünün oliqarxı Sergei Kurchenko maliyyələşdirib.

“Saakashvili Kurchenko-nun puluyla Ukraynada etirazlar təşkil edib, məqsədi hakimiyyəti ələ keçirmək, Yanukovych-in yaxınlarının öz aktivləri üzərində nəzarətini bərpa etmək olub”, – Lutsenko Kiyevdə mətbuat konfransında deyib. Onun sözlərinə görə, müstəntiqlər Saakashvili-nin komandasının Kurchenko-ya yaxın şəxslərdən yarım milyona yaxın dollar aldığını müəyyənləşdiriblər.

Baş prokuror mətbuat konfransında bir audioyazı da açıqlayıb. Həmin audioda səsi Saakashvili-ni xatırladan bir şəxs guya Kurchenko-nun səlahiyyətli təmsilçisi ilə danışır.

***

Kiyevdə Saakashvilinin tərəfdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkişməsi. AzadlıqRadiosunun Ukrayna xidmətinin Kiyevdə verdiyi canlı yayım:

https://www.facebook.com/RadioSvoboda.Org/videos/10155411151036843/

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sözçüsü Olena Hitlyanska dekabrın 5-də AzadlıqRadiosuna bildirib ki, Saakashvili-nin mənzilində axtarış Baş Prokurorluğun təhqiqatı çərçivəsində aparılıb. O, axtarışın səbəbini açıqlamayıb.

Ukrayna mediası Saakashvili-nin müttəfiqi David Sakvarelidze-yə istinadla yazıb ki, axtarış gedən zaman Saakashvili səkkiz mərtəbəli binanın damına çıxıb.

Facebook-da yayılan videoda çevik polis alayının adamları binaya girməyə qoymadığı görünür.

https://www.facebook.com/davit.sakvarelidze/videos/10155059263805233/

***

Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları Gürcüstanın keçmiş prezidenti, “Xalq qüvvələri hərəkatının” lideri Mikheil Saakashvili-ni saxlayıblar.

Hələlik, siyasətçinin nədə ittiham olunduğu bəlli deyil.

Mikheil Saakashvili-nin tərəfdarları

Saakashvili-nin yaşadığı evin qarşısına onun yüzlərlə tərəfdarı toplaşıb. Onlar “Biabırçılıq!”, “Mişa!”, “İmpiçment!” şüarları səsləndirirlər.

AzadlıqRadiosunun rus xidmətinin məlumatına görə, Saakashvili-ni evdən zorla çıxarıblar, fəallarla xüsusi təyinatlılar arasında toqquşma olub. Hazırda etirazçılar Saakashvili-nin olduğu maşının qarşısını kəsiblər.

Dekabrın 5-də səhər təhlükəsizlik xidməti və baş prokurorluq əməkdaşları Saakashvili-nin mənzilində axtarışa gəliblər. Siyasətçi hüquq-mühafizə əməkdaşlarının əlindən evin damına çıxıb. Vəkilləri və Ali Radanın deputatlarını binaya buraxmayıblar.

DÖVLƏT ÇEVRİLİŞİ İTTİHAMI

Ukraynanın baş prokuroru Yury Lutsenko Saakashvili-ni dövlət çevrilişi hazırlamaqda ittiham edirdi. Bu bəyanat Gürcüstanın keçmiş prezidentinin tərəfdarları oktyabrın 17-də Ali Rada qarşısında çadır qurandan sonra verilmişdi. Çadırlar hələ də parlamentin yaxınlığındadır. Orada bir neçə yüz etirazçı qalır.

Onların deputatlara tələblərindən biri “Ukrayna prezidentinin impiçmenti haqqında” qanunu qəbul etməkdir.

Dekabrın 3-də Kiyevin mərkəzində “İmpiçment marşı” keçirilib, bir neçə min nümayişçi iştirak edib.

Mitinqdə çıxış edən Saakashvili deyib ki, onun hərəkatı digər təşkilatlarla birlikdə bütün regionlarda impiçment komitələri yaradır.

Kiyevdə növbəti aksiya dekabrın 10-na təyin olunub. Siyasətçi həmin gün prezident administrasiyasına gedən yolların bağlanacağını istisna etməmişdi.

XATIRLATMA

Mikheil Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezident olub. Hazırda ölkəsində dövlət çevrilişinə cəhdin təşkilində şübhəli bilinir, amma özü ittihamları qəbul etmir.

2015-ci ildə Poroshenko Saakashvili-ni Odessanın qubernatoru təyin edib və ona Gürcüstan vətəndaşlığı verib. Saakshvili 2016-cı ilin noyabrında istefa verib, Poroshenko-nun müttəfiqlərinin onun islahat cəhdlərini əngəllədiyini söyləyib.

2017-ci ilin iyununda Poroshenko Saakashvili-ni vətəndaşlıqdan məhrum edib. Hazırda bu addıma qarşı məhkəmə iddiası qaldırmış Saakashvili sentyabrın 10-da Polşadan Ukraynaya keçib, siyasətə qayıtmağa and içib, etirazlara çağırıb.

Poroshenko etirazların əsl səbəbinin Ukraynada sabitsizlik yaratmaq olduğunu deyir.

azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button