2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynada zaman kimin xeyrinə işləyir

Dauqerti deyir ki, bir məsələ Rusiyanın üç cəbhədə – Xarkovda, Donbasda və Xersonda artilleriya bombardmanını nə dərəcədə saxlayacağından asılıdır

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynanın şərqi Donbas regionunda qızğın döyüşlər getdiyi bir vaxtda Kiyev Qərbdən daha çox ağır texnika istəyir. Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayanda hədəflərdən biri Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək idi. Hazırda isə qüvvələr Severodonetsk və Lisiçansk əkiz şəhərlərinə yönəlib. Bu şəhərlərdə minlərlə dinc sakin çətin vəziyyətdədir.

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Reyd Stendiş cəbhə xəttində baş verənlər, Ukraynanı dəstəkləyən ölkələrdən gözləntilərlə bağlı ABŞ-ın keçmiş müdafiə rəsmisi, hazırda Vaşinqtonda yerləşən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin əməkdaşı Kris Dauqerti ilə danışıb.

Silah cəbhəyə nə vaxt çatacaq

Dauqerti Kiyevin istədiyi silahların çoxunu əldə edəcəyini düşünür. Bu silahlar ABŞ və Britaniyadan gedəcək, çünki Şərqi Avropadakı müttəfiqlər özlərinin məhdud ehtiyatlarından xeyli silah ayırıblar. Təhlilçinin fikrincə, əsl məsələ bu silahların döyüş zonasına vaxtında çatmasıdır.

“Bir faktor Qərb hökumətlərinin nə qədər vaxta razılaşacağı, sonra bu sifarişlərin bürokratiya mərhələsindən keçməsilə bağlıdır. Sonra bu silahların Atlantik okeanı üzərindən tranzitini, onların Ukraynaya çatmasını təmin etmək gəlir. Tranzitin nə qədər çəkəcəyi qrafikə ən böyük təsir göstərən amildir. Axırda isə Ukrayna ordusuna inteqrasiya məsələsi durur”, – təhlilçi deyir.

O, ukraynalıların təlimin birbaşa döyüş şəraitində, həm də getdikcə daha təcrübəsiz əsgərlərin cəlb olunduğu qüvvələr arasında aparıldığını qeyd edir.

ABŞ-ın verdiyi HIMARS sistemlərinin cəbhəyə daha tez çatacağı gözlənir, çünki “Birləşmiş Ştatlar nəyinsə tez çatmasını istəyirsə, onu C-17 təyyarəsinə yükləyir, bir neçə həftə deyil, hətta bir neçə günə yerinə çatır. Ancaq nəyisə gəmiylə göndərəndə tranzit vaxtını, bir neçə aralıq tranzit nöqtəsini nəzərə almalısan”.

Üç cəbhədə artilleriya atəşi

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, Donbas döyüşü müharibənin gələcəyini formalaşdıracaq, Ukrayna döyüşlərlə Rusiya qüvvələrini zəiflətməyə çalışır. Bu strategiya hədəfinə çatacaqmı?

Dauqerti deyir ki, bir məsələ Rusiyanın üç cəbhədə – Xarkovda, Donbasda və Xersonda kütləvi artilleriya bombardmanını nə dərəcədə saxlayacağından asılıdır.

“Bunların hər birində Rusiyanın atəş gücünü ağır şəkildə işə saldığını görürük, Rusiya qüvvələri məhz buna görə dizayn olunub. Rusiya doktrinası ağır artilleriyaya fokuslanır, məqsəd düşmən şəhərlərini, Rusiya əsgərlərinin üzləşdiyi istənilən çətinlik nöqtələrini dağıtmaqdır. Bəzən şərhçilər deyirlər ki, rusiyalılar qeyri-peşəkardırlar, çünki şəhərlərə hücum edirlər… Rusiyanın perspektivindən bu onların planına daxildir, yəni boş ideya deyil, xüsusiyyətləri belədir”, – deyən təhlilçi Rusiyanın avadanlıq və heyət baxımından çətinlikləri olduğunu qeyd edir.

Çətinliklər

“Anbarlardakı avadanlıqla doldurulmuş Rusiya qatarlarını görürük, əsasən də köhnə avadanlıqdır. Onlar Rusiyanın dərinliklərindən əlavə qüvvələr, kimi mümkünsə orduya cəlb edirlər… Bu şəxslər isə silah sistemilə o qədər də tanış deyillər, amma dərhal cəbhədə peyda olurlar. Ona görə də əməliyyatları saxlamaq baxımından Rusiya tərəfdə çətinliklər var”, – təhlilçi deyir.

Elə Ukrayna əsgərlərinin də silahlarının tükəndiyi, özlərinin yorulduğu deyilir. Bəs Kiyev qüvvələrini yenidən qruplaşdıra bilərmi?

Dauqetri ukraynalıların artilleriya mərmilərinin azaldığını deyir. Ona görə də əsas məsələ “ukraynalıların həmin silah sistemləri gələnədək bu üç cəbhədə nə qədər duruş gətirə biləcəyindədir”.

“Bacarsalar, düşünürəm ki, həmin ərazilərdən bəzilərini saxlaya, hətta məhdud əkshücumlar həyata keçirə bilərlər”, – təhlilçi vurğulayır.

24 saat” “
Ukraynada zaman kimin xeyrinə işləyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button