Bizim tərcüməDünya

Ukraynalı Zelenski Rusiyanı Paris Olimpiadasından kənarda saxlamağa çalışır

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

29 yanvar (Reuters) – Ukrayna prezidenti Vladimir Zelenski bazar günü deyib ki, Rusiyanın 2024-cü il Paris Oyunlarında yarışmasına icazə verilməsi “terrorun hansısa şəkildə məqbul olduğunu” göstərməklə bərabərdir.

Zelenski bildirib ki, o, Fransa prezidenti Emmanuel Makrona rusiyalı idmançıların Paris Oyunlarına getməməsi üçün kampaniyası çərçivəsində məktub göndərib.

“Beynəlxalq Olimpiya Komitəsinin Rusiya idmançılarını yenidən Olimpiya Oyunlarına qaytarmaq cəhdləri bütün dünyaya terrorun hansısa şəkildə məqbul olduğunu söyləmək cəhdləridir”, – Zelenski gecə videomüraciətində deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Sanki siz Rusiyanın Xerson, Xarkov, Baxmut və Avdiivkada etdiklərinə gözlərinizi yuma bildiniz”, o, Rusiya qüvvələrinin atəşinə məruz qalan əraziləri nəzərdə tutaraq deyib.

Onun sözlərinə görə, Rusiyaya “(Oyunlardan) və ya hər hansı digər idman hadisəsindən öz təcavüzü və ya dövlət şovinizmi üçün təbliğat kimi istifadə etməyə” icazə verilməməlidir.

Beynəlxalq Olimpiya Komitəsi keçən həftə Asiya Olimpiya Şurasının Rusiya və Belarus idmançılarının Asiyada yarışmaq şansı ilə bağlı təklifini alqışladığını bildirib.

Zelenski keçən həftə Makronla danışıb və o vaxtdan Rusiya idmançılarını Paris Oyunlarından kənarda saxlamaq üçün “dürüstlük marafonuna” start verib. Şənbə günü o, ölkəsinin idmançılarının döyüşdüyü və müharibədə öldüyü bir vaxtda idmanda neytrallığın ola bilməyəcəyini söylədi.

Zelenski son şərhlərində deyib ki, 20-ci əsr qorxulu faciələrə səbəb olan çoxlu səhvlər görüb.

O, nasistlərin hakimiyyətdə olduğu 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunlarının təşkilinə toxunaraq, “Və böyük bir Olimpiya səhvi oldu” dedi. “Olimpiya hərəkatı ilə terrorçu dövlətlərin yolları mütləq kəsişməməlidir”.

Ron Popeski və Nik Starkovun reportajı; Lisa Şumaker tərəfindən redaktə

Standartlarımız: Thomson Reuters Trust Principles.

2023-01-30 08:59:24
Mənbə – reuters

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button