2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynalıya casusluq ittihamıyla 12 il həbs


 

Ukraynalı keçmiş peşəkar futbolçuya Rusiyada casusluq ittihamıyla 12 il həbs cəzası kəsilib.

Dekabrın 7-də Moskva Şəhər Məhkəməsi Vasil Vasilenkonu casusluqda təqsirli bilərək məhkum edib.

Saytların yığılması Saytlarin yigilmasi

Vasilenko 2019-cu ilin oktyabrına adı konkret açıqlanmayan təhlükəli materiallar, silahlar və müxtəlif mədəniyyət əşyalarının qaçaqmalçılığında şübhəli bilinərək saxlanıb. Ona casusluq ittihamı sonradan irəli sürülüb.

İş materialları məxfi sayılır və ictimaiyyətə detallı açıqlanmayıb. Məxfilik səbəbindən Vasilenkonun adından da işlə bağlı ictimai açıqlamaq verilməyib.

Son illər Rusiyada bir neçə ukraynalı casusluq ittihamıyla həbs və məhkum edilib.

Moskvanın Kiyevlə münasibətləri 2014-cü ildən pisləşib. Rusiya həmin il Ukraynanın Krım yarımadasını ilhaq elədi və Ukraynanın şərqində separatçıları dəstəkləməyə başladı. Bu münaqişədə 13 min 200-dən çox insan həyatını itirib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button