Xəbərlər

Ukraynanın enerji sisteminin təxminən yarısı sıradan çıxıb

Rusiyanın hər gün Ukraynanın infrasrtukturuna endirdiyi raket zərbələri nəticəsində Ukraynanın enerji sisteminin təxminən yarısı sıradan çıxıb.

Bunu Ukraynanın baş naziri Denis Şmıxal deyib.

“Təəssüf ki, Rusiya Ukraynanın mühüm mülki infrastrukturuna raket zərbələrini davam etdirir, dinc əhaliyə qarşı mübarizə aparır və qışda onları elektrik enerjisi, su təchizatı, istilik və rabitədən məhrum edir. Yalnız noyabrın 15-də Rusiya Ukrayna şəhərlərinə 100-ə yaxın raket zərbəsi endirib. Enerji sistemlərimizin demək olar ki, yarısı sıradan çıxıb”, – baş nazir bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnat noyabrın 15-də Ukraynanın ən azı 17 bölgəsinə raket zərbələri endirib. 7 milyona qədər ev təsərrüfatının işıqsız qaldığını deyən mətbuat katibinin sözlərinə görə, bu, müharibə başlayandan bəri Rusiyanın Ukraynaya ən kütləvi zərbələr endirmələrindən biridir.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Azərbaycan mövqelərinin vurulduğunu deyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button