SEÇMƏ

Ukraynanın müdafiə naziri rusiyalı əsgərlərə müraciət edib

Yayımlandı: 7 Oktyabr 2022 16:38

“Sənə asan gəzməyi vəd etdilər, amma tələyə saldılar”

Oktyabrın 7-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov Rusiya hərbçilərinə müraciət edib.

Nazir bildirib ki, Rusiya hərbçiləri Putin hakimiyyəti tərəfindən aldadılır:

“Sən aldandın. Sənə asan gəzməyi vəd etdilər, amma tələyə saldılar. Kiminsə fantaziyalarının, saxta məqsədlərinin əvəzini qanla ödəyirsən. İndi səni dinləmirlər, çünki indi səni dinləmək səhvləri etiraf etməkdir. Moskvada isə həqiqəti sevmirlər”.

“Bilirsiniz ki, Ukraynada heç kimi azad etmirsiniz. Siz bütöv şəhərləri məhv edirsiniz, burada yaxın vaxtlarda siz yaxşı qonşu hesab olunursunuz və rusca danışırsınız. İndi isə düşmənçilik gələcək nəsillər üçün səpilib”, – nazir Reznikov bildirib.

O, hərbçilərə əmr verənlərin məhkəmə qarşısına çıxarılacağını da söyləyib:

Cinayət əmri verənlərin məhkəməsinə nail olacağıq. Siz hələ də Rusiyanı faciədən, rus ordusunu isə rüsvayçılıqdan xilas edə bilərsiniz. Ancaq vaxt daralır. Bunu qaçırmayın”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Hansı ölkələr ədalət sisteminə nə qədər pul ayırır: Azərbaycanın yeri…

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button