2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ukraynanın müharibədəki itkiləri: Kiyev rəsmi rəqəmləri açıqlayıb

Yayımlandı: 2 Dekabr 2022 14:36

ABŞ isə Rusiya və Ukraynanın itkilərinin sayının çox olduğunu ehtimal edir

Ukrayna hökuməti fevraldan başlayan müharibədəki itkilərini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi məlumata görə, döyüşlərdə 10 mindən çox Ukrayna əsgəri həlak olub.

Ukrayna Prezidentinin baş müşaviri ölkəsinin Rusiyanın işğalına qarşı doqquz aydır ki, davam edən mübarizəsində 10-13 min Ukrayna əsgərinin öldürüldüyünü açıqlayıb.

Ukraynanın Baş Qərargahı dekabrın 2-də Rusiya qüvvələrinin ölkənin infrastrukturuna raket hücumları gerçəkləşdirdiyini, Ukrayna qoşunlarının təmas xətti boyunca mövqelərinə aviazərbələr endirdiyini bildirib.

O əlavə edib ki, Moskvanın hərbi hücumları Rusiyanın şərqdəki əsas hədəfləri olan Baxmut və Avdiivka da daxil olmaqla onlarla şəhərə yönəlib.

Dekabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenskinin baş müşaviri Mykhailo Podolyak döyüşdə həlak olan ukraynalı əsgərlərlə bağlı yeni rəqəmlər açıqlayıb.

O, eyni zamanda, yaralanan hərbçilərin sayının daha çox olduğunu və mülki itkilərin sayının “əhəmiyyətli” olduğunu qeyd edib.

Mixail Podolyak. Foto: https://www.perild.com/

“Bizim Baş Qərargahın, üst komandanlığın rəsmi rəqəmləri var və onlar 10.000 ilə 12.500-13.000 arasında ölü olduğunu bildirirlər”, – Podolyak “Kanal 24”-ə deyib.

Noyabrın 30-da Avropa İttifaqının İcraiyyə Komissiyasının Prezidenti Ursula fon der Leyen 100 min Ukrayna əsgərinin öldürüldüyünü demişdi.

Sonradan sözünü dəyişərək bu rəqəmin qeyri-dəqiq olduğunu, həm ölən, həm də yaralananlara aid olduğunu söyləmişdi.

BMT-nin İnsan Haqları Komitəsi bazar ertəsi dərc etdiyi son həftəlik yeniləməsində 6,655 mülki şəxsin öldürüldüyünü və 10,368 nəfərin yaralandığını qeyd edib.

Onu da bildirib ki, bu say yalnız təsdiq etdiyi itkiləri əhatə edir və çox güman ki, faktiki ölənlərin sayı daha çoxdur.

Rusiya isə itkiləri ilə bağlı ən son məlumatı sentyabrda açıqlayıb.

Fevralın 24-də bu yana 6 minə yaxın əsgərinin öldüyünü bildirib.

ABŞ Birgə Qərargahlarının başçısı general Mark Milli (Mark Milley) isə noyabrın 9-da deyib ki, Ukrayna-Rusiya müharibəsində indiyədək 100 minədək rusiyalı və 100 minədək ukraynalı əsgər öldürülüb, ya da yaralanıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button