SEÇMƏ

Ukraynanın şəhərləri hava hücumuna məruz qalıb, Kiyevdə 2 yaşayış binası vurulub

Yayımlandı: 15 Noyabr 2022 18:32

İtkilər və yaralılanlar barədə hələ məlumat verilmir

Rusiya qoşunları Ukrayna paytaxtı Kiyevə iri raket hücumu həyata keçirib”.

Bu barədə şəhərin meri Vitali Kliçko “Telegram” kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, zərbə Kiyevin Peçerski rayonuna dəyib. Raketlər iki yaşayış binasına düşüb:

“Artıq partlayış yerinə təcili tibbi yardım xidmətləri gəlib, xilasedicilər işləyir”.

V.Kliçko həmçinin bildirib ki, hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşarkən bir neçə raketi vurub.

İtkilər və yaralılanlar barədə hələ məlumat verilmir.

Ukraynaya məxsus müxtəlif “Telegram” kanalları Odessa, Xarkov və Lvov şəhərlərinin də raket atəşinə tutulduğunu yazır.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Medvedev: “Biz belə bir BMT olmadan da yaşaya bilərik”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button