2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynanın yeni strategiyası cəbhədə nəyi dəyişə bilər

Təhlilçi ukraynalıların İlan adasını geri almasını yada salır. Onda da ukraynalılar adanı təmizləmək üçün hava qüvvələrindən, yaxud amfibiya qüvvədən istifadə etmədilər

Saytların yığılması Saytlarin yigilmasi

Son vaxtlar Ukrayna dəqiq zərbələrlə Rusiyanın təchizat xətlərini vurur, işğal olunmuş ərazilərdə qiyamçı döyüşçülər hücumlar həyata keçirirlər. Bütün bunlar Rusiyanın altıncı ayı bitmək üzrə olan işğalında dəyişikliyə gətirə bilərmi? AzadlıqRadiosunun müxbiri Reid Stendiş Hərb Araşdırmaları İnstitutundan Corc Barrosla bu haqda danışıb.

Prezident Volodimir Zenelnskinin əsas müşaviri Mixaylo Podolyak bu yaxınlarda deyirdi ki, strategiyanın məqsədi “Rusiya qüvvələri arasında xaos” yaratmaqdır və gələn iki-üç ay ərzində bu zərbələrin sayı arta bilər.

Barros son hücumları əkshücumun tərkib hissəsi hesab edir. Ukraynalılar ölkənin cənub hissəsi boyunca, eləcə də 2014-cü ildə ilhaq olunmuş Krımda logistika hədəflərinə zərbələr endirməklə Dnepr çayının qərb sahilinə və Xerson vilayətinin yuxarı hissəsinə nəzarəti qaytarmaq istəyirlər. Təhlilçi Krıma zərbələrin Ukraynanın qərb tərəfdaşları qarşısında öhdəliyini pozmadığını da qeyd edir, yəni, Qərb silahları Rusiya ərazisinə qarşı istifadə olunmur, çünki Moskva Krımı qanunsuz ilhaq edib.

“O vaxtdan Krım Rusiya üçün nəhəng hərbi istehkama çevrilib, Qara dəniz donanmasından tutmuş hava qüvvələrinə qədər. Rusiyanın təchizat xətləri məhz buradan Kerç körpüsü vasitəsilə Xersonun cənubuna gedir, Rusiyanın cəbhə xəttindəki qüvvələrinə birbaşa dəstək göstərir. Ona görə də əgər ukraynalılar Rusiya qüvvələrini həmin ərazidən çıxarmaq istəyirsə müxtəlif strateji infrastrukturu hədəfə almaqla çox ağıllı iş görürlər, Rusiyanın ağır hərbi texnika daşımaq gücünü sarsıdırlar”, – Barros vurğulayır.

Onun sözlərinə görə, bir çox Qərb təhlilçiləri Ukraynanın Xersonda nəhəng, irimiqyaslı əkshücum aparacağını gözləyirlər, ancaq rusiyalılar bu ərazidə möhkəmlənib, xeyli avadanlıq gətiriblər, çoxsaylı müdafiə xətləri qurublar.

Təhlilçi ukraynalıların İlan adasını geri almasını yada salır. Onda da ukraynalılar adanı təmizləmək üçün hava qüvvələrindən, yaxud amfibiya qüvvədən istifadə etmədilər: “Əvəzində onlar adadakı Rusiya qüvvələrinə davamlı zərbələr endirdilər, adanı saxlamaq ruslara həddən artıq baha başa gəlməyə başladı, nəhayət rusiyalı komandirlər qərar verdilər ki, adanı əllərində saxlamağın xərci böyüyür. Xerson ətrafında cənubda, müəyyən qədər də Krımda eyni yanaşma görürük”.

Ancaq Barros Rusiyanın bütün mümkün qüvvələri səfərbər etməyə çalışdığını bildirir. Məsələn, milli batalyonlar adı altında müxtəlif vilayətlərdən könüllü birlikləri cəlb olunur. Batalyon dedikləri 300-400 nəfərlik qruplardır. “Adətən, heç bir hərbi təcrübəsi olmayan şəxsləri cəlb edirlər, 30 gün təlim keçərək cəbhə xəttinə göndərirlər. Hətta bəzən 400 nəfəri birdəfəlik göndərə bilmirlər, ayrı-ayrı yollayırlar”, – Barros bildirir. Onun sözlərinə görə, qüvvə cəlb etməyin digər yollarından biri də Ukraynaya döyüşməyə getmək istəyən məhkumların əfv olunmasıdır. Yaxud gəncləri tovlayaraq orduya kontraktla cəlb edir, cəbhə xəttinə göndərirlər.

Qarşıdakı həftələr, yaxud aylarda Ukrayna müharibəsində nə gözlənir? Barros deyir ki, bir sual Ukraynanın 6-8 həftə ərzində bu əkshücumu nə dərəcədə uğurla həyata keçirəcəyidir. Yəni, Rusiya qüvvələrini gücdən salaraq onları qova biləcəklərmi. Təhlilçi partizan qüvvələrinin daha koordinasiyalı davranacağını gözləyir. Artıq Ukrayna rəsmiləri onların əkshücuma qoşulması üçün şərtlər qoyub.

“Rusiyalılar var qüvvələri ilə bu əraziləri saxta referendumla vasitəsilə ilhaq etməyə çalışırlar. Adamlar Kremlin davamlı bəyan etdiyi hədəflərini unutmasınlar: Ukraynaya tam siyasi və ərazi nəzarəti əldə etmək. İndi onların yalnız Donbasa, yaxud cənuba hədəflənməsi haqda bəyanatlar eşidə bilərik, amma söhbət bütün Ukraynadan gedir.

Moskva bunu birdən edə bilməsə də, Ukraynada saxlayacağı istənilən mövqedən gələcəkdə artıq başladığı işi davam etdirmək üçün istifadə edəcək”, – təhlilçi deyir.

Fevralın sonunda Ukraynaya hərbi təcavüzə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

24 saat” “
Ukraynanın yeni strategiyası cəbhədə nəyi dəyişə bilər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button