2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynaya 178-dək Leopard 1 tankları gətiriləcək

Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə qəfil səfəri zamanı Ukraynaya 100 ədəd Leopard 1 tanklarının veriləcəyini bəyan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir Leopard 2 tankının köhnə modeli olan bu tankların Almaniyadan və daha iki Avropa ölkəsindən – Niderland və Danimarkadan göndəriləcəyini bildirib.

Pistoriusun sözlərinə görə bu tankların 20 və 25-i yay aylarında, 80-ə qədəri isə ilin sonunadək göndəriləcək.

Ukrayna müdafiə naziri Oleksi Reznikovun ofisindən bildiriblər ki, Ukraynaya daha 100 tank gələn il göndəriləcək.

Almaniya, Niderland və Danimarka Müdafiə nazirliklərinin məlumatına görə Ukrayna hərbçilərinə Leopard 1 tanklarının idarə olunması üçün təlim keçiləcək.

Almaniya İqtisadiyyat və Müdafiə nazirliklərinin birgə bəyanatında deyilir ki, Ukraynaya 178-dək Leopard 1A5 tankının verilməsi barədə qərar hökumət tərəfindən təsdiq olunub.

Rusiyanın miqyaslı hücumu gözlənilir

Ukrayna Rusiyanın gözlənilən miqyaslı hücumunun dəf edilməsi üçün özünün Qərb müttəfiqlərindən ağır silahlar verilməsini xahiş edib.

Ukrayna hərbiyyəsi fevralın 7-də Rusiya qüvvələrinin şərq cəbhəsindəki fəallığının artdığını bildirib.

Rusiya qüvvələri son 24 saat ərzində Ukraynaya 6 raket və 24 aviasiya zərbəsi endirib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə Xarkov, Donetsk, Dnepropetrovsk və Xersona 75 artilleriya mərmisi atılıb.

Bunun nəticəsində bir nəfərin həlak olduğu və daha beş mülkinin yaralandığı xəbər verilir.

Rusiyanın ağır itkiləri barədə iddialar

Baş Qərargahın məlumatında bu da deyilir ki, Rusiya qüvvələri son 24 saat ərzində ən ağır canlı qüvvə itkisinə məruz qalıb.

Ukrayna tərəfi təkcə fevralın 7-də 1030 Rusiya hərbçisinin öldürüldüyünü bildirib.

Müharibə şəraitində tərəflərin verdiyi məlumatları müstəqil şəkildə yoxlamaq mümkün deyil.

Bundan əvvəl Luhansk vilayətinin qubernatoru Serhiy Qayday demişdi ki, Rusiya mümkün genişmiqyaslı hücum ərəfəsində Ukraynanın şərqinə yeni qüvvələr cəmləşdirir:

“Biz daha çox qüvvə gətirildiyini, bizim istiqamətdə daha çox ehtiyat qüvvə toplandığını, daha çox texnika gətirildiyini müşahidə edirik. Onlar bundan əvvəlkindən fərqli istifadə olunan sursat gətirirlər. Daha əvvəlki kimi sutka boyunca atəşə tutmurlar. Hiss olunur ki, silah-sursata qənaət edir, tammiqyaslı hücuma hazırlaşırlar”.

Britaniya kəşfiyyatı Rusiya hücumunun uğursuz olduğunu bildirir

24 saat” “
Ukraynaya 178-dək Leopard 1 tankları gətiriləcək
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button