2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynaya daha 1 milyard dollar və qanadlı antigəmi raketləri

Pentaqonun başçısı deyib ki, ABŞ hazırda Ukraynaya uzaqvuran atəş sistemlərinin, zirehli texnikanın, sahil müdafiə sistemlərinin verilməsi üzərində işləyir

Saytların yığılması Saytlarin yigilmasi

Brüsseldə Birləşmiş Ştatların sədrliyi ilə 45 ölkənin, NATO və Avropa İttifaqı üzvləri müdafiə nazirlərinin iştirakilə Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupunun sayca üçüncü iclası başlanıb.

İyunun 15-də görüşün açılışında çıxış edən ABŞ müdafiə naziri Lloyd Ostin qrupa qoşulduqlarına görə Gürcüstan, Moldova və Ekvadora təşəkkürünü bildirib.

“Bizim itiriləcək vaxtımız yoxdur. Biz bura külüng vurmağa gəlmişik. Biz Ukrayna silahlı qüvvələrinin bugünkü döyüşündə ona dəstəyimizi dərinləşdirməliyik. Biz sabahın təhlükələrinə qarşı gücümüzü bugün artırmalıyıq”.

Ostin Rusiya qoşunlarının Donbası tam ələ keçirməyə çalışdığı bir vaxtda ölkələri Ukraynaya əlavə dəstəklərini səfərbər etməyə çağırıb.

Rusiya qüvvələri 1-ə 10 nisbətində üstündür

Pentaqonun başçısı deyib ki, ABŞ hazırda Ukraynaya uzaqvuran atəş sistemlərinin, zirehli texnikanın, sahil müdafiə sistemlərinin verilməsi üzərində işləyir.

Ostin qeyd edib ki, ABŞ-ın Kiyevə HIMARS reaktiv yaylım atəşli raket sistemlərini göndərməsi ilə Ukrayna qüvvələrinin müdafiə qüdrəti əhəmiyyətli dərəcədə artıb.

ABŞ müdafiə naziri artıq indiyədək Ukraynaya silah-sursat yardımı etmiş ölkələrə minnətdarlığını bildirib.

Ukrayna iclasa hazırda döyüşlərdə olan ordusunun adından mesaj səsləndirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin baş müşaviri Mixaylo Podolyak deyib ki, hazırda Rusiya qüvvələri Ukrayna qüvvələrini sayca 1-ə 10 nisbətində üstələyir:

“Brüssel, biz sənin qərarını gözləyirik. Mən hər gün müdafiəçilərimizdən mesajlar alıram: Biz möhkəm dayanmışıq, amma bizə deyin: silahları nə vaxt gözləyək?”

“Biz sizsiz qalib gələ bilmərik”

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar iyunun 14-də demişdi ki, Ukrayna Qərbdən istədiyi silahların hələki 10 faizini alıb:

“Ukrayna nə qədər səy göstərsə də, bizim ordumuz nə qədər peşəkar olsa da, Qərb partnyorlarımızın köməyi olmadan biz bu müharibədə qalib gələ bilmərik”.

Xanım Malyar deyib ki, Ukrayna ordusu günə 5000-6000 artilleriya mərmisi atır, amma Rusiyanın atdığı mərmi sayı bundan 10 dəfə çoxdur.

Stoltenberq iyunun 14-də Madriddə keçirilən NATO sammitində xəbərdarlıq edib ki, Ukraynanın təlimləndirilmiş ordusuna ağır silahların çatdırılması hələ bir müddət çəkə bilər:

“Ukrayna həqiqətən də kritik vəziyyətdədir və buna görə də biz təcili qaydada sürətimizi artırmalıyıq”.

NATO-nun baş katibi əlavə edib ki, indi müttəfiqlər Ukraynaya köhnə sovet silah və texnikasını yox, daha müasir, daha dəqiq, daha uzaqvuran Qərb silahları göndərirlər.

24 saat” “
Ukraynaya daha 1 milyard dollar və qanadlı antigəmi raketləri
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button