Bizim tərcüməDünya

“Ukraynaya qələbə” şüarı səsləndirən silahsız ukraynalı əsgəri güllələdilər! “Hamısını tapacağıq”

Rusiya-Ukrayna müharibəsi davam edərkən rus əsgərlərinin silahsız ukraynalı əsgəri güllələyərək öldürməsinin görüntüləri ortaya çıxıb. Reaksiyaların uçqun kimi böyüdüyü kadrlarda rus əsgərlərdən birinin “onu filmə çək” dediyi, daha sonra “Ukraynaya qələbə” dedikdən sonra ukraynalı əsgərin güllələndiyi görülüb. Sözügedən ukraynalı əsgərin kimliyi, görüntülərin nə vaxt və harada qeydə alındığı hələlik məlum deyil.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak sosial media hesabından verdiyi açıqlamada görüntülərə reaksiya göstərərək, “Hərbi əsir öldürmək Rusiya Federasiyasının başqa bir hərbi cinayətidir. Bunlar Kremlin təbliğatının “nasistlər” haqqında mifləri ilə əsaslandırdığı metodik terror siyasətinin elementləridir. Bu da onların milli zəifliyinin nümunəsidir. Hər bir belə hərbi cinayət cəzalandırılacaq. Heç kim ədalətdən qaça bilməz. Biz onların hamısını tapacağıq” dedi.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button