2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Ulduzlararası səyahət üçün nəzərdə tutulmuş qeyri-adi üsul təklif ediib

    Bizə ən yaxın olan ulduz sistemi Alfa Sentavr-a çatmaq üçün insanlar işıq sürəti ilə hərəkət edən kosmik gəmilərdən istifadə etməlidirlər. Lakin hətta bu halda da sözügedən ulduz sisteminə çatmaq üçün 4 il vaxt lazım olacaq. İşıq sürəti ilə hərəkət etmə imkanına sahb olmayan kosmik gəmilərdən istifadə halında bu zaman göstəricisi 10 dəfə artır. Lakin kosmik səyahətlər üçün süni yaradılmış kosmik obyekt əvəzinə təbii kosik obyektdən istifadə edilsə, onda necə? Amerikalı alim öz yeni məqaləsində bunun necə mümkün olması barəsində danışıb. Heç istisna deyil ki, yadplanetli sivilizasiyalar da bu cür üsuldan istifadə edirlər. İnsan sivilizasiyaının indiki texnoloji imkanları ulduzlararası səyahəti reallaşdırmaq qabiliyyətinə sahib deyillər. İnsanlar hətta hələ Marsda belə olmayıblar. Lakin uzaq gələcəkdə insan sivilizasiyası özü üçün yeni ev axtarışı vəziyyətinə düşə bilər və bu halda lazımi planet digər ulduz sistemində mövcud ola bilər.

Saytların yığılması Saytlarin yigilmasi

    Hyuston İcma Kollecinin fizika və astronomiya müəllimi olan İrina Romanovskaya öz elmi məqaləsində güman edib ki, Günəş qırmızı nəhəngə çevrilən dövrə keçid edən zaman insanlar artıq məcburi şəkildə Günəş sistemindən ayrılmalı olacaqlar. Belə ki, Günəş sözügedən dövrə keçid nəticəsində Yer kürəsini məhv edəcək. Lakin ola bilər ki, hər hansısa yadplanetli sivilizasiya artıq bu cür problem ilə qarşılaşıb və kosmosda səyahət üçün qeyri-adi üsuldan istifadə edib. Romanovskaya-nın fikrincə ulduzlararası səyahət üçün heç də məcbur şəkildə kosmik gəmidən istifadə etmək lazım deyil. Bunun əvəzinə kosmik məkanda müstəqil şəkildə hərəkət edən planetlərdən istifadə etmək olar. Heç istisna deyil ki, yadplanetli sivilizasiyalar da bu cür üsuldan istifadə ediblər.

    “Mən güman edirəm ki, yadplanetli sivilizasiyalar digər planetar sistemlərə çatmaq, onları müşahidə etmək və orda öz koloniyalarını yaratmaq üçün kosmik məkanda müstəqil şəkildə hərəkət edən planetlərdən istifadə etmiş ola bilərlər” – deyə Romanovskaya qeyd edib. Hətta istifadə edilən bu cür planet həyat üçün münbit şəraitə sahib olmasa da yadplanetli sivilizasiyanın texnoloji inkişaf səviyyəsi həmin planetdə lazımi şəraiti yarada bilər. Kosmik məkanda müstəqil şəkildə hərəkət edən planetlər ulduzlarlarası kosmik obyektlərdir və onların heç bir ulduz ilə qravitasiya əlaqələri yoxdur. Ola bilər ki, bu cür planetlər öz ulduz sistemlərindən kənara çıxıblar və ya ulduzların yarandıqları kimi yaranırlar. Romanovskaya-nın sözlərinə əsasən yadplanetli sivilizasiyaların bu cür planetlərdən istifadələri üzrə 4 hal mövcuddur.

    Alimlər düşünürlər ki, təkcə bizim qalaktikada müstəqil şəkildə hərəkət edən planetlərin sayı 50 milyarda yaxın ola bilər. Hadisələrin necə cərəyan edəcəklərindən asılı olaraq birinci halda yadplanetli sivilizasiya öz planetinin yaxınlığından keçmiş digər planetdən istifadə edə bilər. “Mən hesab edirəm ki, kosmik məkanda müstəqil şəkildə hərəkət edən planetlərin mənbəyi Oort buludu ola bilər. Bu cür planetlər məhz ora düşə bilirlər. Yadplanetli sivilizasiyanın doğma ulduz sistemində də bu cür hal yaşana bilər” – deyə Romanovskaya qeyd edib. Romanovskaya düşünür ki, müstəqil hərəkət edən planet keçmişdə bizim Günəş sistemimizdən maksimal yaxın məsafədən keçib və çox güman ki, gələcəkdə də bu cür hadisə baş verəcək. Oort buludu kimi sahənin uzaq məsafədə yerləşməsinə baxmayaraq yüksək inkişaf səviyyəsinə sahib yadplanetli sivilizasiya müstəqil hərəkət edən planetdən istifadə edərək ora çatmış ola bilər.

    İkinci hala əsasən yadplanetli sivilizaisya bu cür planetin öz doğma planetinə yaxınlaşması üçün texnoloji imkanlarından istifadə etmiş ola bilər. Və əgər bu halda cəlb edilən planet həyat üçün münbit şəraitə sahib olmasaydı da yadplanetli sivilizasiyanın texnoloji imkanları planetin problemsiz şəkildə terraformalaşdırılmasını reallaşdıra bilərdilər.

    Bu hal yadplanetli sivilizasiyanın doğma ulduz sisteminin xaricində yerləşən obyektlərlə bağlıdır. “Bu cür obyektlərə misal olaraq Günəş sistemində yerləşən Sedna adlı cırtdan planeti gətirmək olar. Sedna cırtdan planeti çox uzunsov orbitə sahibdir. Buna görə də onun Günəşdən olan məsafəsi 76 AV-dən (Astronomik vahid / 1 AV = 149.597.870 km) 937 AV-ə kimi dəyişir. Sedna cırtdan planeti Günəş ətrafında tam dövrü təqribi olaraq 11.000 ilə reallaşdırır. Lazımi texnologiyaların və hazırlıq üçün nəzərdə tutulmuş yetəri zamanın olduqları halda bu cür planeti sivilizasiyanın xilası üçün istifadə etmək olar” – deyə Romanovskaya qeyd edib. Bunun üçün əvvəlki halda olduğu kimi planeti doğma planetə tərəf cəlb etmək lazımdır.

    Ulduz öz təkamülünün yeni mərhələsinə keçid edən zaman o, qırmızı nəhəngə çevrilir və genişlənir. Bu isə o deməkdir ki, onun altında yerləşən bəzi obyektlər ulduz sistemindən kənara atıla bilər. Məhz bu halda onlar müstəqil şəkildə hərəkət edən planetlərə çevrilirlər. “Əgər yadplanetli sivilizasiya bu cür obyektlərin ulduz sistemindən kənara atılacaqları zamanı təyin edə bilsələr, onlar öncədən həmin planetlər üçün hazırlıq görərək onları artıq məhv olma astanasında olan sistemdən kənara çıxarda bilərlər” – deyə Romanovskaya qeyd edib.

    Romanovskaya bildirib ki, onun təklif etmiş olduğu bütün variantlar müstəqil şəkildə hərəkət edən planetlərin ulduzlararası nəqliyyat növü kimi istifadə ehtimallarını əhatə edir. Yəni bu cür planetlər sivilizasiyaların daimi yaşayış yeri kimi qiymətləndirilməməlidir. Bununla belə alimin fikrincə digər tərəfdən bu və ya digər sivilizasiya bu cür nəqliyyat növünü təkcə öz məhvi təhlükəsi qarşısında deyil, həmçinin digər planetlərdə koloniyaların yaradılması məqsədilə qalaktika üzrə səyahət üçün də istifadə edə bilər. “Əgər yadplanetli sivilizaisyalar bu cür üsuldan istifadə edirlərsə, biz onların mövcudluqlarını təyin edə bilərik. Belə ki, həmin sivilizasiyalar mütləq şəkildə həmin planetlərdə texnoloji izlər və ya digər artefaktlar qoya bilərlər” – deyə Romanovskaya qeyd edib.

24 saat” “Ulduzlararası səyahət üçün nəzərdə tutulmuş qeyri-adi üsul təklif ediib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button