2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Umayra Tağıyeva: Bakıda anomal hava şəraiti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında anomal hava şəraiti müşahidə ediləcək, havanın temperaturu iqlim normasından 4-5 dərəcə yüksək olacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu gün cənub küləyinin əsməsi fonunda atmosfer təzyiqi aşağı enəcək.

Sabah isə atmosfer təzyiqinin qısa müddət ərzində kəskin yüksəlməsi gözlənilir ki, belə tərəddüdlər də insan orqanizmi, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən meteohəssas insanlar üçün çox əlverişsizdir.

Saytların yığılması Saytlarin yigilmasi

U.Tağıyeva qeyd edib ki, oktyabrın 26-dan ölkə üzrə havanın temperaturu bu günlə müqayisədə 10-12 dərəcə enəcək.

Artıq sabah səhər saatlarından başlayaraq, ölkə ərazisinə soyuq hava kütləsinin daxil olduğu hiss ediləcək. Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək. Güclü külək oktyabrın 27-si səhərədək davam edəcək. Oktyabrın 27-də isə külək səngiyəcək, hava şəraitini nisbətən yüksək atmosfer təzyiqi təyin edəcək. Belə hava şəraiti isə meteohəssas insanlar üçün əlverişli olacaq. (Trend)

***

Bakı və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib
Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən bildiriblər ki, monitorinqlərin nəticələrinə görə, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir. Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button