Siyasət

Umud Mirzəyev: “Müsabiqə nəticələrinə qarşı kampaniya aparmaq QHT cameəsinə yaraşmır”

“Müsabiqənin nəticələrinə qarşı kampaniya aparmaq, əks mövqe göstərmək QHT cameəsinə baş ucalığı gətirmir”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bildirib.

“Bu mövzuda danışmağa çətinlik çəkirəm, çünki müşahidələrim onu deməyə əsas verir ki, baş verən hadisələr QHT cameəsinə başucalığı gətirmir. Vətəndaş cəmiyyəti təşəbbüslərə söykənən bir cameədir. Bu sektor maliyyədən daha çox, təşəbbüslərə, vətəndaşların dəstəyinə güvənməlidir. QHT-lərin isə missiyası cəmiyyətdə mövcud olan problemlərin həllinə dəstək verməkdir”, – deyə o vurğulayıb.

U.Mirzəyev xatırladıb ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qrant müsabiqəsinin nəticələrini elan edib: “Açığı, nəticələri izləmək imkanım olmayıb. Amma sosial şəbəkələr vasitəsilə cərəyan edən bəzi proseslər barədə məlumat əldə etmişəm. Hər halda bu hadisələr onu deməyə əsas verir ki, bu müsabiqənin nəticələrinə verilən bəzi reaksiyalar əvvəlcədən planlaşdırılmış reaksiyalara bənzəyir. Hətta bəzi adamlar layihələri qəbul olmadığı təqdirdə bununla bağlı şablon fikirləri belə əvvəlcədən hazırlayıblar. Yeri gəlmişkən, bu gün fəaliyyət imkanlarına əsaslanaraq söyləyə bilərəm ki, hazırda ölkəmizdə Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə rəqabət apara biləcək çox az QHT var. Buna baxmayaraq, ötən müsabiqədə bizim layihəmiz qaliblər sırasında olmadı. Həmin vaxt Agentliyin rəsmilərindən bununla bağlı heç nə soruşmadıq və dəyərləndirmə aparan ekspertlərin fikrinə də hörmətlə yanaşdıq. Sonda müsabiqənin nəticələrinə qarşı kampaniya aparanlara əks mövqe göstərən QHT numayəndələrinə deyəcəyim budur ki, öncə öz fəaliyyətimizə tənqidi yanaşaq, həyata kecirilən islahatlara dəstək olaq ki, bütövlükdə vətəndaş vəziyyətimiz üçün faydalı olsun!”

Mənbə:Report

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button