2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Un və çörəyin qiymətinin artmasına etiraz edənlərin yenidən məhkəməsi başladı

Mayın 23-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə Siyəzən hadisələrinə görə tutulan şəxslərin işi üzrə ilkin baxış iclası keçirilib. Təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib.
Vəkil Elçin Sadıqov bildirib ki, bu günə qədər müdafiə etdiyi şəxslərlə görüşə bilməyib: “Mayın 18-də Bakı İstintaq Təcridxanasına getdim, amma müdafiə etdiyim şəxslərlə görüşə icazə verilmədi. Bildirdilər ki, bunun üçün məhkəmədən məktub almalıyam”.
Vəkil hakimdən xahiş edib ki, müdafiə etdiyi şəxslərlə görüşmək üçün ona məktub və vaxt verilsin.
Hakim vəsatəti təmin edib. Növbəti məhkəmə iclası iyunun 1-nə təyin olunub.
Siyəzən işi üzrə həbs edilən şəxlərin ailə üzvləri də Bakı İstintaq Təcridxanasında onlarla görüşə bilmədiklərini deyirlər. Onlar hakimdən görüşə şərait yaradılmasını xahiş etsələr də, hakim bu məsələyə məhkəmənin baxmadığını bildirib.
Xatırladaq ki, 2016-cı il yanvarın 12 və 13-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb. Bir neçə nəfərin barəsində inzibati cəza qərarı çıxarılıb. 11 nəfər – Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev, Nizami Qəniyev, Müslüm Əzimov, Zaur Şəkərov, Aydın Səfərli cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221- ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb.
Martın 29-da Quba Rayon Məhkəməsi M.Əzimov və Z.Şəkərovu 6 il, F. Kərimov, A. Süleymanov, N.Məstanov, C. Bəgişov, T.Ağamalıyev, E. Əliyev, K.Abdullayev və N. Qəniyevi 4 il, A.Səfərlini 2 il azadlıqdan məhrum edib.
Vəkil Elçin Sadıqov təqsirləndirilən şəxslərdən Z.Şəkərov, N.Qəniyev və C.Bəgişovun hüquqlarını müdafiə edir.
Vəkil ittihamın əsaslı olmamasına və ibtidai və məhkəmə istintaqı zamanı çoxsaylı pozuntuların olmasına görə hökmü qanunsuz hesab edir.
Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup bu həbsləri siyasi motivli sayır.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button