2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

UNİBANK borcluya böyrəyini satdırır – VİDEO

Həmkarım vəkil Aqil Layıcın dünən yazdığı kimi, Unibank vətəndaşa böyrəyini satıb kreditini qaytarmağı təklif edib. Həmin vətəndaş – 38 yaşlı Mübariz Bayramov Antikollektora müraciət edib.

Dediyinə görə, təxmini 3000 manat borcu qalıb. Unibankın adından ona dəfələrlə zənglər və hədələr olub. Dəvət edib bir neçə saat da saxlayıblar. Cibində olanları da boşaldıb əlindən alıblar. Qohumlarına da zəng vurdutdurublar ki, gəlin Mübarizin pulunu ödəyin.

Lakin görünən odur ki, Mübarizin Unibankın işçisi hesab etdiyi şəxslər əslində “BOA Kollektor Agentliyi” MMC-nin işçiləri olub. Çünki bizə təqdim etdiyi sənədlərin içində həmin şirkətə ödədiyi 50 manat üzrə mədaxil qəbzinin surəti də var. Başqa sözlə, sözügedən kollektor şirkəti Unibanka xidmət göstərərək onun problemli borclarınn qaytarılması ilə məşğuldur.

Saytların yığılması Saytlarin yigilmasi

Mübarizi hədələyənlərdən biri ona böyrəyini satmağı təklif edib. Mübariz də buna razı olub. Başlayıb xəstəxanaları gəzməyə ki, böyrəyimi alın. Təbii, yaxın buraxan olmayıb. Buna görə də təklifi verən kollektordan (və ya bank işçisindən – bunu hələ dəqiqləşdirmək lazımdır) telefonla xahiş edib ki, xəstəxananın yerini desin, gedib böyrəyini satsın. O da başlayıb onu yenə qorxutmağa ki, işin artıq məhkəmədədir (bu, yalandır!), axtarışdasan, səni tutacaqlar. Mübariz yenə xəstəxana barədə soruşanda kollektor cavab verib ki, sən tez gəl, mən səni yönləndirərəm ora. Həmin telefon danışığının audioyazısını təqdim edirəm.

Təbii, bu təklifi verənin telefon nömrəsi də bizdə var. Hazırda hüquq-mühafizə orqanlarına müraciət hazırlayırıq, telefon nömrəsini də təqdim edəcəyik ki, məsələ tam araşdırılsın.

Əkrəm Həsənov, hüquqşunas

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button