2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

“Unibank”ın audit hesabatında 5 milyon manat zərər etdiyi açıqlandı

“Unibank KB” ASC-nin kənar audit “KPMG Audit Azərbaycan” MMC tərəfindən aparılan konsolidə edilmiş audit hesabatda bankın 5.06 milyon manat həcmində zərər etdiyi məlum olub.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az bunu bankın internet səhifəsində 2022-ci il üzrə təqdim edilmiş audit hesabatına istinadən xəbər verir.

Bank 2023-cü ilin 25 yanvarında açıqlamışdı ki, hesabat dövrünün [2022-ci il nəzərdə tutulur] sonuna bankın xalis mənfəəti 0.6 milyon manata yaxın olub.

Kənar audit hesabatına əsaslansaq, 2022-ci il üzrə bankın faiz gəlirləri 159.68 mln. manat olub və bu, illik müqayisədə 35% artımdır. Bununla belə, bankın faiz xərcləri aşağı dinamika ilə – 29% artımla 55.76 mln. manat artıb. Nəticədə bankın xalis faiz gəlirinin illik 39% yuxarı olmasına (103.92 mln. manata) gətirib çıxarıb.

Bankın administrativ və digər əməliyyat üzrə xərcləri 76.37 mln. manatdan 97.42 mln. manata yüksəlib, haqq və komissiya üzrə xərcləri 22.34 mln. manatdan 55.33 mln. manata qədər artıb.

Bankın haqq və komissiya üzrə gəlirlərinin həcmi isə 29.45 mln. manatdan 58.36 mln. manata yüksəlib.

Beləliklə, kənar auditin hesablamalarına görə, “Unibank KB” ASC 2022-ci ildə 5 milyon 60 min manat xalis zərər edib. Bank 2021-ci ildə 21 min manat xalis mənfəət etmişdi.

Bankın bu zərərindən sonra, illərin yığılmış zərəri 21.59 milyon manat təşkil edib. Yeri gəlmişkən, özlərinin təqdim etdiyi hesabatda illərin yığılmış zərəri 35.04 mln. manat kimi göstərilib.

Bank səhmdarları 2022-ci ildə kapital mövqeyini gücləndirmək üçün 18.7 milyon manat yeni səhm emissiya edilib, səhm (nizamnamə) kapitalı 138.2 mln. manat təşkil edib. Yeni emissiya edilmiş səhmlər və pay dəyişmələrindən sonra Eldar Qəribovun payı 86.7%-dən 94.08%-ə yüksəlib.

222222

2 8LİNKLƏR:

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button