Loading...
Loading...
Texnologiya

Unilean sizin yerli təhsildə texnologiya ilə ayaqlaşmağınıza necə kömək edə bilər?

    Unilean.io sizin yerli təhsildə texnologiya ilə ayaqlaşmağınıza necə kömək edə bilər?

    Texnoloji inkişafın və digitallaşmanın sürətlə dəyişən dünyamıza təsiri təhsil sahəsini də kənarda buraxmayıb. Artıq öyrənmənin sinif otağına məhdudlaşdığı və bir müəllimə bağlı olduğu vaxtlar geridə qalıb. Hazırda digital texnologiyalar öyrənmənin imkanlarını genişləndirərək tələbələrə çox sayda mənbələrdən istədiyi vaxtda, istədiyi məkanda cəmi bir neçə kliklə biliklər əldə etmək fürsəti verir. Nəzərə alsaq ki, dəyişən dünyada öyrənilən biliklər elə öyrənildiyi andaca köhnələ bilər, daimi yenilənən onlayn öyrənmə mənbələri uzun-uzadı vaxt və sərmayə sərf etmədən istənilən biliyi asanlıqla əldə etmək üçün müasir dünyanın insanlığa bəxş etdiyi ən gözəl kəşflərdən də hesab oluna bilər. 

    Onlayn öyrənmənin tarixi 60-ci illərə dayanır. Deyə bilərsiniz ki, axı, o vaxt internet yox idi! Bəli, o vaxtlar İllinoys Universitetinin tələbələri öyrənmə şəbəkəsi yaratmaq üçün bir-birinə bağlı kompüter terminallarından istifadə edirdilər. İlk onlayn kurs isə 1984-cü ildə Toronto Universiteti tərəfindən təklif edilir və iki il sonra DOS və Commodore 64 kompüterlərində istifadə olunmaq üçün Elektron Universitet Şəbəkəsi yaradılır. Üç il sonra isə Phoenix Universiteti tam onlayn kollec kimi fəaliyyət göstərən dünyanın ilk təhsil müəssisəsinə çevrilir. 

    Yaxın tarixi isə hamımız yaxşı bilirik. Covid-19 pandemiyası ölkəmizin belə ucqar nöqtələrində onlayn öyrənmə vərdişləri formalaşdıırmağa başladı.  Proqnozlara görə, onlayn tədrisin pandemiya bitsə belə geniş vüsət alaraq yaxən gələcəkdə sıçrayış həddə çatması gözlənilir. Bu cür tədrisin ən geniş yayılmış forması video dərs platformalarıdır. Udemy və Coursera kimi saytlar təqdim etdiyi imkanlarla həm təlimçi, həm də tələbələrin həyatını asanlaşdırır. Təəssüf ki, ölkəmizdə ingilis dili biliyi məhdudiyyəti olduğu üçün əksəriyyət bu imkanlardan hələ də xəbərsizdir. Lakin bu imkanları insanlarımıza əlçatan etməyə çalışan yerli platformalar da var. Onlardan biri Unilean.io video dərs platformasıdır. Unilean biliyini başqaları ilə bölüşmək istəyən hər kəsə istədiyi vaxt, istədiyi məkanda öz tədris usullarına uyğun təlim hazırlamağa, tələbələrə isə bu bilikləri özlərinə uyğun vaxtda, üz-üzə təlim qiymətlərindən xeyli ucuz qiymətə əldə etməyə imkan yaradır. Əgər yerli təhsildə də texnologiya ilə ayaqlaşmaq istəyirsinizsə, Unilean.io saytına nəzər yetirin.

24 saat” “Unilean sizin yerli təhsildə texnologiya ilə ayaqlaşmağınıza necə kömək edə bilər?” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button