Vakansiya 2021

UNİVERSAL MÜTƏXƏSSİS PROQRAMI

“Bank Respublika” ASC istedadlı və özünə güvənən gənclər üçün “Universal mütəxəssis” proqramına start verir.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri, istedadlı və motivasiyalı universiteti yeni bitirmiş məzunları “Universal mütəxəssis” proqramına qoşularaq gələcək karyeralarına bizimlə davam etməyə çağırırıq.

“Universal mütəxəssis” kimdir?

“Universal mütəxəssis” Fiziki şəxslərlə bağlı bütün növ bank əməliyyatlarını apara bilən, həmçinin onların istehlak kreditlərinin bütün istiqamətləri üzrə ehtiyaclarını qarşılamaq bacarığı və biliyi olan mütəxəssisdir.

“Universal mütəxəssis” qroqramına necə qoşulmaq lazımdır?

  • CV-nizi 21.10.2021-ci il tarixinədək HR@bankrespublika.az ünvanına göndərmək;
  •  Emailın mövzu hissəsində vakansiyanın adını “Universal mütəxəssis” qeyd etmək.

Sizə nə vəd edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
  • “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
  • Universiteti yeni bitirmiş məzunlara üstünlük verilir;
  • Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə və satış bacarığı;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button